Oğlan uşaqlarına “qız kimi” ağladığını demək irəli yaşlarda psixi problemlər yarada bilər.
Bu məsələyə narahatlıq və ünsiyyət problemləri üzrə tanınmış mütəxəssis Lena Aburdene Derhallinin “Washington Post”da yayımlanan məqaləsində toxunulub.
Aile.lent.az-ın xarici mətbuata istinadən məlumatına görə, məqalədə deyilir ki, oğlan uşaqlarına “qız kimi” bənzətməsi edilərək, ağlamamağı üçün verilən mesajlar duyğularını göstərməyə icazəsi olanların sadəcə qızların olduğu kimi anlaşılır. Ağlamasının qarşısını almaq üçün hamının göz önündə onu utandıracaq bu bənzətməni demək ciddi mənfi nəticələr verə bilər.U
Kişilər duyğularını və hiss etdiklərini anlatmadıqda əsəb, narahatlıq, depressiya kimi problemlərlə qarşılaşırlar. Onlarla başa çıxmaq üçün spirtli içki kimi zərəri yollara əl atırlar. Buna görə oğlan uşaqlarının duyğularını rahat şəkildə dilə gətirə biləcək bir şərait yaradın.