Gələcək nəslin ömrü daha qısa olacaq

Baxış sayı: 1. 547

Gələcək nəslin ömrü əvvəlki nəsillərə nisbətən daha qısa olacaq. Bu haqda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Açıqlamada bildirilib ki, hazırda dünyada 382 milyon diabetli xəstə var. 20 il sonra bu rəqəm 55 faiz artaraq təqribən 600 milyona çatacaq. Xüsusilə də Avropada bu xəstəlik dörd qat daha sürətli artır. Eyni zamanda dünyada diabet, köklük, ürək-damar xəstəlikləri və xroniki xəstəliklərdə böyük artım müşahidə olunur. Şəkərli diabet ciddi təhlükə törədən, kəskin ağırlaşmalarla müşayiət olunan, müalicəsi çoxlu vəsait tələb edən xroniki xəstəlikdir. Şəkərli diabet digər xəstəlikləri kəskinləşdirə, ana və uşaq sağlamlığına mənfi təsir göstərə bilər. Bu xəstəliyin yüksək artımı eyni zamanda onun yaratdığı tibbi, sosial, iqtisadi, psixoloji və digər problemləri də qabardır. ÜST-in 2006-cı ildə qəbul etdiyi xüsusi bəyannamədə şəkərli diabet “ağır xroniki xəstəlik” kimi səciyyələndirilib. Diabet ölüm səbəbinə görə ürək, qan-damar çatışmazlığından və onkoloji xəstəliklərdən sonra üçüncü yeri tutur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir