Heyvanlar

Canlıların qeyri-adi özünümüdafiə formaları – MARAQLI

Baxış sayı: 1. 580

Canlılar aləmi müxtəlifliyi və qeyri-adiliyi ilə seçilir. Bütün canlılar həyatda qala bilmək üçün hər hansı təhlükəyə qarşı özünəməxsus müdafiə mexanizmi formalaşdırıblar.

1. Öz növündən olan canlıları belə aldada bilən mürəkkəb balığı özünü hər hansı təhlükədən kamuflyajla (gizlənməklə) qoruyur. Bu canlı əslində balıq olmayıb, osminoq və kalamara daha yaxın bir canlı növüdür. Eyni zamanda, ağızlarından atdıqları mürəkkəblə yırtıcı balıqlardan da qorunurlar.

2. Buynuzlu Texas kərtənkələsi özünü qorumaq üçün buynuzlarından istifadə edir. Lakin özünü təhlükədən xilas edə bilməyəndə bu canlı gözlərinə qan yığmağa başlayır. Qarşısındakı hər hansı maneəni dəf etmək üçün gözlərindəki qanı 1,5 metr məsafəyə qədər püskürə bilir.

3. Gün ərzində qırxayaq kimi görünən bu canlı gecə vaxtı təhlükə altında olduğu zaman işıldaböcək kimi parlayır. Bu işıq təhlükəni uzaqlaşdırmasa, dərisindən zəhərli maye ifraz etməyə başlayır.

4. Avrasiya roller adı ilə tanınan quşlar özünümüdafiə üçün qoxudan istifadə edirlər. Sözügedən quşun balaları təhlükə hiss etdikləri anda öz üstlərinə qusurlar. Eyni növdən olan digər quşlar bu qoxunu alaraq təhlükə anında köməyə gəlirlər.

5. Qeyri-adi müdafiə mexanizmi olan canlılardan biri də dəniz xiyarıdır. Təhlükə zamanı bu xiyar holothurin adı verilən zəhərli yapışqan maye ifraz edir. Hücuma məruz qaldıqları zaman isə özlərini ölülüyə vururlar.

6. Mürəkkəb balığının digər bir növü isə octopoteuthis adlanan balıqdır. Təhlükə zamanı bu balıq qollarını qoparır, lakin sonra yenidən bərpa edir. Eyni zamanda, digər mürəkkəb balığı kimi mürəkkəb ifraz edə bilir.

7. Kamikadze adı verilən qarışqalar təhlükə ilə üzləşdikləri zaman özlərini “partladırlar”. Həm də Malaziyalı qarışqa kimi tanınan bu həşəratın bədənində zəhərlə dolu bezlər mövcuddur. Təhlükə anında qarın əzələlərini sıxaraq başlarını partladırlar. Həmin zəhər hücuma keçmiş canlının üzərinə sıçrayır və onu öldürə bilir.

8. Dərin qorxu hissi keçirən opossumlar saatlarla ölü təqlidi edərək hər hansı yırtıcıdan qoruna bilirlər. Lakin onların müdafiə mexanizmi təkcə bunlardan ibarət deyil. Belə ki, opossumlar həm də pis qoxu yayaraq qurtula bilirlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir