test

Nə qədər xeyirxahsınız? – PSİXOLOJİ TEST

Baxış sayı: 1. 423

1. Bir dostunuzun (və ya yoldaşınızın) köməyə ehtiyacı olanda…

a) Demək olar ki, kömək etmirəm.

b) Bəzən kömək etsəm də, bəzən kömək etmirəm.

c) Həmişə kömək etməyə çalışıram.

 

2. Evdə anam ev işi görəndə…

a) Kömək etmək ağlıma gəlmir.

b) Ara-bir də olsa, kömək edirəm.

c) Mütləq kömək etməyə çalışıram.

 

3. Əlində ağır çanta olan bir adam görsəm (xüsusilə də əgər o adam çox yaşlıdırsa)…

a) Çox vaxt kömək etmirəm.

b) Həmişə olmasa da, bəzən kömək edirəm.

c) Həmişə kömək etməyə çalışıram.

 

4. Əlil bir adam yolu keçəndə…

a) Çox vaxt kömək etməyi unuduram.

b) Bəzən kömək etsəm də, bəzən kömək etmirəm.

c) Bacardığım qədər kömək etməyə çalışıram.

 

5. Sinif yoldaşımın dərsdə başa düşmədiyi bir mövzu olanda (əlbəttə ki, əgər mən o mövzunu bilirəmsə)…

a) Heç vaxt kömək etmirəm.

b) Həmişə olmasa da, bəzən kömək

etməyə çalışıram.

c) Həmişə kömək etməyə çalışıram.

 

6. Sinifdə hər hansı bir iş üçün könüllü yardım toplananda…

a) Çox vaxt kömək etmək ağlıma gəlmir.

b) Bəzən kömək etsəm də, bəzən kömək etmirəm.

c) Həmişə kömək edirəm. Və üstəlik, bundan çox böyük zövq duyuram.

 

7. Daxılımdakı pulların bir hissəsini ehtiyacı olan bir adama (ya da adamlara) vermək lazım gəlsə…

a) Demək olar ki, heç vaxt vermirəm.

b) Bəzən versəm də, bəzən vermirəm.

c) Həmişə verməyə çalışıram.

8. Kiçik qardaşım ayaqqabısını geyinəndə…

a) Demək olar ki, heç vaxt kömək etmirəm.

b) Həmişə olmasa da, bəzən kömək edirəm.

c) Həmişə kömək etməyə çalışıram.

 

9. Yolda ac bir pişik qarşınıza çıxsa…

a) Yemək vermək ağlıma gəlməz.

b) Əgər çox vacib bir işim yoxsa, yemək verərəm.

c) Həmişə yemək verməyə çalışaram.

 

10. Yolda susuz bir ağac görsəniz…

a) Yəqin ki, su vermək ağlıma gəlməz.

b) Əgər yaxınlıqda su varsa, verərəm.

c) Həmişə su verməyə çaılşaram.

 

“a” bəndi çoxluq təşkil edənlər:

Hər şeydən əvvəl deyək ki, bizim qiymətimiz daha çox ətrafımızdakı insanlara faydalı olduqca artır. Əslində, kiməsə faydalı olmaq və ya kiməsə kömək etmək o qədər də çətin bir iş deyil. Hətta bu “işə” birinə təbəssüm etməklə də başlaya bilərsiniz. Ya da futbol oynayarkən yıxılan bir dostunuzun əlindən tutub qaldıra bilərsiniz. Ya da qaçarkən yıxılan bir yoldaşınızın qoluna girib apara bilərsiniz. Təbii ki, vaxt keçdikcə bunun sizdə necə qeyri-adi bir hissin baş qaldırmasına səbəb olduğunu da görəcəksiniz. Elə isə indidən sizə uğurlar…

 

“b” bəndi çoxluq təşkil edənlər:

İnsanlara faydalı olmağın, onlara kömək etməyin nə qədər vacib olduğunu bilirsiniz, ancaq bunu həyata keçirərkən bəzi problemlərlə qarşılaşırsınız. Ona görə də, bu “vəziyyətdən çıxmaq” üçün özünüzə gündəlik hədəflər müəyyən etməlisiniz. Məsələn öz-özünüzə: “Bu gün mütləq bir nəfərə kömək edəcəyəm”, – deyin. Və təbii ki, bunu həyata keçirməyi də unutmayın. Hətta bunun üçün bir “yardım” dəftəri də tuta bilərsiniz. Və o gün kimə və necə kömək etdiyinizi o dəftərə yaza bilərsiniz…

 

“c” bəndi çoxluq təşkil edənlər:

Cavablarınızdan da göründüyü kimi, insanlara faydalı olmağın nə qədər vacib bir şey olduğunu bilirsiniz. Üstəlik, hər dəfə ətrafınızdakı insanlara “yardım əlinizi uzadaraq” onlara çox böyük bir xoşbəxtlik bəxş edirsiniz. Beləliklə də, onların həm inamını, həm də sevgisini qazanırsınız. Çox güman ki, bununla da bu xeyirxahlığınızın “mükafatını” alırsınız. Hətta bu xeyirxahlığınızla başqalarına nümunə də olursunuz. Elə buna görə də, sizi ürəkdən təbrik edir və xeyirxahlığınızın davam etməsini diləyirik. Uğurlar…




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir