Alimlər uşağa qarşı tətbiq olunan şiddətin onun gələcək psixikasında iz buraxdığı qənaətinə gəliblər.
“Gencaile.az”-ın məlumatına görə, ABŞ-da aparılan araşdırmalar nəticəsində məlum olub ki, həftədə ən az 1 dəfə valideyni tərəfindən döyülən uşağın keçirdiyi depressiya nəticəsində beynində qidalandırıcı maddələrin azlığı yaranır, psixoloji, üstəlik məntiqi problemlər yaşanır. Bu cür uşaqlar gələcəkdə İQ göstəricisinin aşağı olması səbəbindən uğurlu karyera da qura bilmirlər. Eyni zamanda belə uşaqlar qorxaq və aqressiv olurlar.
Bütün bunlar nəzərə alınaraq, mütəxəssislər valideynlərə övladlarına hər şeyi səbr və sevgi ilə başa salmağı məsləhət görürlər.