Hamilə xanımların nəzərinə! Qış xəstəliklərindən bu cür qorunun – MƏSLƏHƏT

Baxış sayı: 1. 401

Qış xəstəlikləri deyincə ağlımıza daha çox soyuqdəymə, yuxarı tənəffüs yolu infeksiyaları və qrip gəlir. Qışda günəşin az olması, hava soyuq olduğunda qapalı məkanlara sığınmaq, qələbəlik yerlərdə çox olmaq bu xəstəliklərin tez yoluxmasına səbəb olur. Hamiləlik təkbaşına bu xəstəliklərə yoluxmaq üçün risk yaratmaz, amma yoluxanda da sağalma müddəti uzun çəkə bilər. Əgər immunitet sistemi zəif olarsa, orta qulaq iltihabı və ağciyər iltihabı kimi problemlərə də yol açır.

“Gencaile.az” Aile.lent.az-a istinadən  hamilələrə qış xəstəliklərindən qorunma yollarını təqdim edir.

– Qışda qapalı və qələbəlik yerlərdən uzaq durun.

– Doğru və yetərincə qidalanmağa diqqət edin. Soğan, sarımsaq, mövsüm tərəvəzləri, qırmızı ət, Omega 3-lə zəngin balıq yeməyə çalışın.

– Əgər hamiləliklə birgə ürək, təzyiq, şəkər və başqa xəstəliklər varsa, davamlı həkim müayinəsinə getmək lazımdır.

– Otaqlar tez-tez havalandırılmalı, günəşli havalarda gəzməyə çıxmaq lazımdır. Bu, həm stresslə baş etməyə, həm də immuniteti gücləndirməyə yardım edir.

– Hamilələrdə anemiya varsa, mütləq müalicə olunmalıdırlar.

– Hamilələr üçün qış aylarında ən yaxşı müalicə istirahətdir.

– Bol maye qəbul etməli, cökə, darçın, qərənfil üçlüyündən çay dəmləyib içə bilərsiniz.

– Yataq otağında hava nəmləndirilməli, burun tıxanmasına qarşı duzlu su kimi damcılar istifadə edilməli, yatarkən başın altını yüksək etmək lazımdır.

– Boğaz ağrısı üçün pastil, əzələ ağrısı üçün parasetamol qəbul edilə bilər.

– Xəstəlik ciddiləşmədiyi halda soyuqdəymə körpə ölümünə yol aça bilməz, öskürək və asqıraq körpəni narahat etməz.

– Ancaq qızdırma da varsa, mütləq həkimə baş vurun.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir