Ət yeməyi sevənlərə isə mütəxəssislərin önəmli bir tövsiyəsi var. Ət xörəklərini bir stəkan portağal suyu ilə yeyin. Deyilənə görə, ət “C” vitamini ilə birlikdə yeyildikdə tərkibindəki vitamin və minerallar bədən tərəfindən daha çox qəbul edilir. Ət yaxşı, keyfiyyətli protein qaynağı olmaqla yanaşı tərkibində dəmir, B12 və sink olduğu üçün insan qidalanmasında mühüm yer tutur. Qırmızı ət portağal kimi “C” vitamini ilə zəngin içkilərlə birgə yeyildiyində tərkibində olan faydalı qida dəyərlərinin bədəndə istifadəsi artır.