Məşhur “texnologiya milyarderləri” hansı avtomobillərdən istifadə edir?

Baxış sayı: 1. 610
“Pagani Huayra”, “Porsche 959” və yüksək sürəti ilə avtomobil dünyasında lider markalardan olan “Ferrari”…  Bütün bunlar dünyada məşhur olan şirkət rəhbərlərinin sahib olduğu avtomobil markalarıdır.
Bu məşhurlar vaxtaşırı öz avtomobillərini dəyişir, kolleksiya yığır və ya qəzalarda yararsız hala salırlar.
 
Musavat.com oxucuların marağını nəzərə alaraq kiçik bir araşdırma aparıb və bu məşhurların bəzilərinin hansı avtomobil modelindən istifadə etməsinə dair maraqlı bilgilər əldə edib.
Facebook-un yaradıcısı Mark Zurkenberg böyük bir avtomobil kolleksiyasına malikdir. Son aldığı avtomobil isə, dünyanın ən bahalı markalarından olan “Pagani Huayra” –dır.
“Apple”-ın  sahibi  Tim Cook  (Timothy D.) uzun müddətdir “Porsche” idarə etsə də, artıq “BMW 5” seriyalı avtomobillərdən istifadə edir.
Elektrik avtomobilləri istehsal edən “Tesla” şirkətinin sahibi olan Elon Musk 1967-ci il modeli “Jaguar” idarə edir.
“Microsoft”un qurucusu Bill Gates “Porsche” fanatıdır. Və favori modeli “Porsche 959”-dur.
“Amazon” online mağaza sisteminin qurucularından olan Jeff Bezos olduqca sadə bir avtomobildən istifadə edir. O, 1996-cı il model “Honda Accord” idarə edir.
“Snapchat” qurucusu olan Evan Spiegel avtomobil  koleksiyası içərisində ən çox “Ferrari California” modelindən istifadə edir.
“Google” axtarış sisteminin  qurucularından olan Sergey Brin, “Tesla Model X” avtomobildən istifadə edir.
“Google”’un digər qurucu ortağı Larry Page isə, “Tesla Model S” idarə edir.
“Napster” online musiqi portalının  qurucusu və “Facebook”un idarə heyəti başqanlığını etmiş məşhur iş adamı Sean Parker də Tesla tərəfdarı olanlardandır. O da “Tesla Model S” avtomobilindən istifadə edir.
 
“Oracle” sisteminin qurucusu  Larry Ellison, “Lexus LFA” model avtomobildən istifadə edir.
“Dell” firmasının qurucu Maykl Dell isə, “Porsche Carrera GT”  avtomobilindən istifadə etməyə üstünlük verir.
Faceook-un ilk üzvlərindən olan Dustin Moskovitz “Volkswagen R32” avtomobilindən istifadə edir.
 



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir