windows-10

Kompüterlər insanı işarədən anlayacaq

Baxış sayı: 1. 625

Yaxın gələcəkdə kompüterlərin jestlər və səsin köməyi ilə idarə edilməsi sürətlənəcək. Bu, fərdi kompüter və noutbuklarda 3D kameraların əlçatan olması və “Cortana” səsli köməkçisinə malik “Windows 10” əməliyyat sisteminin (ƏS) istifadəyə verilməsi ilə əlaqədardır.

RBK-nın xəbərinə görə, “Gartner” tədqiqat şirkətinin ekspertləri 2019-cu ilədək dünyada istifadə olunan kompüterlərin 60 faizdən çoxunun “Windows 10” əməliyyat sistemi ilə işləyəcəyini proqnozlaşdırıb.

“Gartner”in analitiki Lilian Tey deyib ki, “Windows 10” istifadəçilərinin ən azı 50 faizi kompüterlərini jestlərin və ya səsin köməyi ilə idarə etməyə başlasa, bu funksiya dünya kompüter parkının 33 faizində tətbiq ediləcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir