Azərbaycan Nazirlər Kabineti 2016-2020-ci illər üçün uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramını təsdiq edib.
Tədbirlər Proqramının məqsədi vaksinasiya ilə qarşısı alına bilən yoluxucu xəstəliklərin profilaktikasının yaxşılaşdırılması, körpə və uşaq ölümünün səviyyəsinin aşağı salınmasından ibarətdir.
Proqrama əsasən, Azərbaycan Respublikası üzrə profilaktik peyvənd təqvimi aşağıdakı kimidir:
Sıra№-si Peyvəndlərin adı Peyvəndlərin edilməsi vaxtı
1. Hepatit B doğulduqdan 12 saat ərzində
2. BCJ, OPV 4-7-ci gün
3. GDTHibHepB, OPV, Pk 2 aylıqda
4. GDTHibHepB, OPV 3 aylıqda
5. GDTHibHepB, OPV, Pk 4 aylıqda
6. Pk, İPV 6 aylıqda
7. QPM, Vitamin A 12 aylıqda
8. GDT, OPV, Vitamin A 18 aylıqda
9. QPM, ADT, Vitamin A 6 yaşda