stress

Bədbəxtlik və stress ömrü qısaltmır

Baxış sayı: 1. 408
İngiltərədə aparılan araşdırmalar nəticəsində məlum olub ki, deyilənlərin əksinə, bədbəxtlik və stress ömrü qısaltmır. 
BBC-nin xəbərinə görə, İngiltərədə 10 il ərzində 1 milyon qadın üzərində aparılan araşdırma qəribə nəticə ortaya çıxarıb. Daha əvvəl aparılan araşdırmalara görə, bədbəxtlik insan səhhətinə, xüsusi ilə də ürəyə pis təsir etdiyi, hətta xərçəngə gətirib çıxardığı deyilirdi. Bir çox insan həyat şəraitinin və ya ailədaxili pis münasibətlərin ölümə apardığını düşünürdü. Lakin son illər aparılan və nəticələri “Lancet” jurnalında yayımlanan araşdırmalar bu düşüncənin yanlış olduğunu göstərir. Araşdırmada iştirak edən 60 yaş səviyyəsindəki 1 milyon qadının həyat tərzi göstərib ki, xoşbəxt və bədbəxt olmağın ölüm riski üzərində heç bir təsiri yoxdur.
Lakin siqaret və spirtli içkilər bu riski artırır. Xəstəliklər insanları bədbəxt etsə də, bədbəxtliklər insanı öldürmür.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir