Xoşbəxt cütlük olmaq istəyirsinizsə, bunlara əməl edin

Baxış sayı: 1. 585

Sağlam, xoşbəxt bərabərlik üçün bir çox şərtlərə əməl etmək lazımdır. “Gencaile.az” Aile.lent.az-a istinadən bununla bağlı türkiyəli mütəxəssislərin fikrilərini təqdim edir.

“Qaçmaq” sözü bizdə belə bir sual yaradır: qaçmasaq, bizə və münasibətlərimizə nə olar? Davalar, mübahisələr ayrılıqla nəticələnə bilərmi?

Bəri başdan deyək ki, heç bir münasibət üçüncü bir insan və ya səbəbdən bitməz. Münasibətlər özü dinamikası səbəbindən sona çatar. Lakin insanlar çox zaman səbəb və həll yollarını başqa yerlərdə axtarırlar. Nəticədə isə, münasibətə, münasibətin yaxşı olmasına xidmət edən vəziyyətə yox, problemin, problemlə münasibətin davamınadək gedirlər. Münasibətin dinamikası və ehtiyaclarına diqqət edilməlidir, bunların ehtiyacları ödənməlidir. Sanki ev dibçəyinə qulluq edirmişsiniz kimi.

Bəzi mövzularda həssas olmaq lazımdır

Hər bir münasibət başlandığı gündən etibarən bir güc, enerjiyə sahibdir və mütəmadi olaraq yenilənən, azalan, artan bir mərhələ, döngə və çevrilmə içində olur. Keçid dövrü hər zaman ağrılıdır. Lakin ağrının şiddəti və təsirlərini bəlli edən insanların belə vəziyyət qarşısındakı mövqeləri olur.

Münasibətlərdə bəzi vəziyyətlər insanları və münasibəti birbaşa iflasa uğrada bilir. Sonra isə həm münasibət, həm də insanı zərər çəkmiş bir vəziyyətə gətirir. Daha az zərər çəkmək üçün bəzi mövzularda daha həssas davranmaq, münasibətlərdə bəzi mövzulardan qaçmaq lazımdır. Bu, münasibətin təbii, spontan inkişafına və cütlüklərin özlərini rahat, yaxşı hiss etmələrinə kömək edəcək.

Cütlüklər bu mövzulardan qaçsınlar:

1. Alçaltma və təhqir etmək cəhdi

2. Davamlı tənqid

3. Onun yerinə qərar vermək, onunla məsləhətləşmədən qərar qəbul etmək

4. Eyhamlar etmək, keçmiş söhbətlərə qayıtmaq, xoşagəlməz halları yada salmaq

5. Müqayisə etmək, dəyərini aşağı salmaq səyi

6. Problemlər yaratmaq

7. Səssizlik və ya həddən çox reaksiya vermək

8. Mütəmadi olaraq müdafiə mövqeyi

9. Mübahisə etmək, həll yollarından qaçmaq




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir