Qadınlar niyə çox danışırlar?

Baxış sayı: 1. 338

Arıqlamaqla fiziki sağlamlığı yaxşılaşdırmaq mümkündür. Bəs, çəkini azaltmağa nail olanlar psixi rahatlığa da nail ola bilirlərmi?

Qadınların çoxu arıqlamaqla daha gözəl və xoşbəxt olacaqlarını düşünürlər. London Universitetinin əməkdaşları isə bunun doğrudan da belə olub-olmadığını araşdırmağa çalışıblar. Nəticələri “Plos One” dərgisində dərc olunan araşdırmada 1979 nəfər artıq çəkidən əziyyət çəkən britaniyalı qadın iştirak edib. Məlum olub ki, ilk mərhələdə 5% çəki itirənlərin sağlamlığında əhəmiyyətli dəyişiklik olub. Ancaq bu insanların əhvalında da dəyişiklik olub. Çəki ata bilməyənlərlə müqayisədə onların əhval-ruhiyyəsi heç də yaxşı olmayıb.

Araşdırmada iştirak edənlərin 14%-i çəkilərini 5% itirib. Çəkisini itirənlərin 52%-də isə depressiv simptomlar daha çox olub.

Tədqiqatın aparıcı mütəxəssisi doktor Sara Cekson deyir ki, qadınlar arıqlamağa tələsməsinlər. Çünki arıqlamaq həyatın bütün aspektlərdə yaxşılaşacağı anlamına gəlmir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir