Uşağınız sevildiyini bilirmi?

Baxış sayı: 1. 314

Bəzi valideynlərin uşaqlarına qarşı olan sevgisi “çünki” sevgisidir. Yəni, belə valideynlər sevgilərini müəyyən səbəblərlə əlaqələndirirlər. Uşaqlar da, təbii olaraq, bu səbəb (ya da səbəblər) olmasa, sevilməyəcəklərini düşünürlər. Məsələn, “Mən səni sevirəm, çünki dərslərini yaxşı oxuyursan”, “Mən səni sevirəm, çünki məni incitmirsən”, “Mən səni sevirəm, çünki vaxtında yatırsan” və s…

Bəzi valideynlərin sevgisi isə “əgər” sevgisidir. Belə valideynlərdə də sevgi müəyyən şərtlərlə məhduddur. Uşaqlar da, təbii olaraq, bu şərti (ya da şərtləri) yerinə yetirməsələr, sevilməyəcəklərini düşünürlər. Məsələn, “Əgər yeməyini yesən, səni çox sevəcəyəm”, “Əgər tapşırığını yerinə yetirsən, səni çox sevəcəyəm”, “Əgər oyuncaqlarını yığışdırsan, səni çox sevəcəyəm” və s…

Halbuki hər hansı bir səbəbdən və ya şərtdən asılı olan bir sevgi öz “gücünü” daha tez itirir və nəticə etibarı ilə uşaqlar bu cür sevgilərə inanmaqda çətinlik çəkirlər. Digər tərəfdən, bu, uşaqların sizi tam mənası ilə sevməsinə də mane olur. Təbii ki, burada təhlükə təşkil edən əsas amillərdən biri də (bəlkə də ən birincisi) valideynlərin bu sevigilərini uşaqlarına hiss etdirmələridir. Halbuki, əsas məsələ uşaqları “baxmayaraq” sevməkdir. Yəni, “dəcəlliklərinə baxmayaraq sevmək”, “şıltaqlıqlarına baxmayaraq sevmək”, “inadkarlıqlarına baxmayaraq sevmək” və s. Bu cür sevgini hiss edən uşaqlar valideynlərinə daha çox inanırlar. Təbii ki, belə uşaqların sevgisini qazanmaq da daha asan olur…




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir