Kişilərin qadınlarda sevdiyi xüsususiyyətlər

Baxış sayı: 1. 771

Xanımlar hər zaman kişilərin nə istədiyini, nə düşündüyünü bilmək istəyirlər.

Qarşı cins zərif cins haqqında nə hiss etdiyini, nələri sevdiyini bilmək istəyirsinizə “Gencaile.az” “qadinklubu.com”-a istinadən sizə həmin məlumatları təqdim edir.

İdman etdikdən sonar tərləməniz

Oyuncaq kukla kimi bəzənib bütün zərifliyinizin ortaya çıxdığı vaxt daha çox gözəl olduğunuzu düşünürsünüzmü? Bu doğru deyil. Həftə içi saat 18.oo da əyninizdə idman paltarı, köhnə boz şalvarınızla makiyajsız və ətirsiz olarkən özünü iyrənc hiss etsəniz də biz elə düşünmürük.

Bizim paltarlarımızı geyindiyiniz vaxt

Niyə bizim köynəyimizi və ya boks əlcəyimizi geyindiyində  çılğın olursunuz? Bəlkə sadəcə şimpazenlərdə olduğu kimi sahiblənmə duyğusudur, amma belə olsa da nəticə eynidir. Sizin bizə aid olduğunuzu bildirən  bu duyğu meymunlardan asılı olmayan, idarə edə bilmədiyi və həyəcan verə bilən hissdir.

Utandığınız məktəb fotoları

Fotoları əlimizdən alıb “Aman Allahım!”,- deyə qışqırırsınız. Ancaq bilmədiyiniz bir şey var. Qıvrım saçların, arıq olmağın və gülərkən görünən dişlərindəki dəmirlərin heç bir əhəmiyyəti yoxdur. Əslində bilirdik ki, həmin dövrdə bizimlə danışmazsınız.

Spagetti və kabab

Tüm bacarıığınızdan istifadə etdiyiniz şam işığındakı axşam yeməkləri çox xoşumuza gəlir. Ancaq bir o qədər də gözəl olan başqa nə var bilirsinizmi? Baxçada və ya divanda oturub o gün haqqında danışaraq keçirəcəyimiz bir gecədə ananın resepti ilə hazırladığın spagetti və yanında bahalı olmayan şərab. Bəzi sadə görünən anlarda sonsuz xoşbəxtlik var.

Uşaqlarla olan bağlılığın

Yeni başlayan münasibətlərimizin hara kimi gedəcəyini bilmirəm. Amma bilməli olduğum və bizi ən çox qorxudan olmayan uşaqlarımıza ad qoymağa başalmağınızdır. Ondan başqa bütün səmimiyyətinə, uşaqlarla yaxşı yola getməyinə və onlar olduqda sevinməyini görmək bizi sevindirir və “bəlkə…” deyə düşündürür.

Film zövqünüz

Zarfat edirəm əlbəttə ki. Xətrinizə dəyməsin, amma bu mövzuda yola gedə bilmirik. Zövqlərimizin üst-üstə düşəcəyini də hesab etmirəm.

Gizli kosmetik vasitələrin

Hamının yanında nəmləndirici kremlərin, nə olduğunu bilmədiyim kosmetikalarınla zarafat edirik. Amma tək olanda bütün kosmetik vasitələrinin nə olduğuna, necə istifadə edildiyinə baxırıq.

Boşqabınızı təmizləyirsiniz

Gözəl bir qadının qarşısındakı əti ehmalca kəsərək yeməsi və “Bu yeməyi yeməyi çox sevirəm. Dadı möhtəşəmdir”,- deməsi cazibəli olanlar siyahısındadır. Mükəmməl bir yeməyə qarşı olan sevgi, həyatın bütün zövqlərinə hiss edilən iştahı ağıla gətirir.

Sərt hərəkətlərin və özünə güvənməyin

Düşərgədə  çadırı quranda sizin odun yığıb ocaq qalamağınız, öz kompüterinizi təmir edə bilməyiniz ya da sızan su kranını təmir etməyiniz bizə  ehtiyacınız olmadığını göstərməyiniz çox cəlbedicidir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir