Dünyanın ən romantik şəhəri hansıdır?

Baxış sayı: 1. 519

Məşhur səyahət saytlarından biri olan“Fodors Travel”dünyanın ən romantik şəhərlərinin adını açıqlayıb.

Siyahıya İndoneziyanın Bali adası başçılıq edir. Hər tərəfi yaşıllıqla əhatə olunan adada  çimərlik boyu müasir kurort obyektləri, istirahət mərkəzləri, parklar, əyləncə məkanları turistlərin min bir gecə nağıllarındakı kimi dincəlməsini təmin edərək, onlara ən yüksək səviyyədə xidmət göstərir.

Belçikanın paytaxtı Brüssel şəhəri isə romantik şəhərlər siyahısında ikici pillədə qərarlaşıb. Avropanın ürəyi adlanan bu şəhər təmiz havası, yaşıllığa bürünən küçələri ilə göz oxşayır.

Üçlüyü Argentinanın paytaxtı Buenos Ayres şəhəri tamamlayır. Məhz bu şəhərdə, küçədə tanqo rəqsi etmək, restoranlarda romantik yemək yemək səyahəti daha da yaddaqalan edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir