Kişilərin xəyanət etməsinin 6 səbəbi

Baxış sayı: 1. 500
1. Səliqəsizlik – Elə xanımlar var ki, bütün günü özləri ilə məşğuldurlar. Evləri isə səliqəsizlik, toz içindədir. Heç nə öz yerində deyil. Həyat yoldaşı işdən gəldikdə isə ürəkaçan vəziyyətlə qarşılaşmır və nəticədə kişi evinə gəlmək istəmir, bezir.
 
2. Bozbaş iyi – Yuxarıda yazdığımız birinci səbəbin tam əksi. Evləri səliqəli, təmiz, necə deyərlər, gül-çiçək içindədir. Amma özlərinə fikir vermirlər. Bütün günü mətbəxdə ərinə yemək bişirən xanımdan bozbaş iyi gəlir.
3. Dır-dır – Həyatda, cəmiyyətdə elə qadınlar var ki, həmişə nədənsə narazı olurlar. İstədikləri arzuların həyata keçməsinə baxmayaraq, yenə də deyinirlər və nədənsə narazıdırlar. Qadınların sonsuz, fasiləsiz deyinmələri kişiləri bezdirir.
4. Diqqətsizlik – Bütün xanımlar diqqəti sevirlər. Və bu zaman unuduruq ki, kişilərin də qadınlarda olduğu kimi, diqqətə ehtiyacı var. Axı onlar da diqqətə layiqdirlər. Qadın həyat yoldaşına onun həyatında necə vacib, dəyərli olduğunu hiss etdirməli, ona diqqət göstərməlidir.
5. Mənasız həyat – Bəzən həyat eyni, cansıxıcı və mənasız keçir. Və bu daha çox qadınlara tez təsir etdiyindən, onlar da ərlərinə hiss etdirirlər. Bu halda kişi xanımından bezir, başqaları haqqında düşünür.
6. İntim həyat – Bu haqda çox danışmaq istəmirik. Bircə onu deyək ki, qadınlar hər zaman gözəl, təmiz, arzu olunan və kişilərin istədiyi kimi olmalıdır.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir