Iranda daha bir qida növü qadağan edilib.
Manqalda hazırlanan kabablar insan sağlamlığına təhlükə törədə bilər. Gencaile.az-ın “İRNA” agentliyinə istinadən verdiyi məlumata görə, belə qənaətə İran alimləri gəliblər.
Laboratoriya analizi və kompüter modelləşdirilməsi nəticəsində alimlər müəyyənləşdiriblər ki, açıq odda və ya manqalda bişirilən ət avtomobilin işlənmiş qazı qədər ziyanlı maddələrə malikdir.
Digər tərəfdən, araşdırmalar göstərib ki, tüstüdə olan təhlükəli birləşmələr insanın DNK mutasiyası ehtimalını yüz dəfələrlə artıra bilər. Bu da xərçəng xəstəliklərinə səbəb olar. Həmçinin, manqalda yanan odun tüstüsünün və qovrulan ətin orqanizmə tütündən çox ziyan vurduğu müəyyənləşib.