toy, xərc, oğlan evi, qız evi,mebellər

Gəlinə özü ağırlığında qızıl taxdılar

Baxış sayı: 1. 871

Çinin Honkonq şəhərindəki toylardan biri ölkədə geniş müzakirə olunur. Buna səbəb Honkonqun tanınmış teleaparıcılarından olan 36 yaşlı Bob Lemin toya tamada kimi dəvət olunması deyil…

“Southern Metropolis Daily” bildirir ki, toyda gəlinə verilən hədiyyələri görəndə Lem özü şoka düşüb.

“Gəlini sanki qızıl yağışına tutmuşdular”, -aparıcı sosial şəbəkədə yazıb.

Toyda gəlinə hədiyyə verilən qızıl və zinət əşyalarının sayı-hesabı bilinmir. Üstəlik, toya gələn qonaqların superlüks avtomobilləri, onların daş-qaş və qızıl bəzəkləri, ləl-cəvahiratları da heyrət doğurur.

Toya minimum 6 milyon dolların xərcləndiyi bildirilir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir