Sağlamlıq üçün faydalı içkilərin siyahısında balqabaq şirəsinin birincilər sırasında olması heç də təsadüfi deyil. Hətta belə bir deyim var ki, balqabaq sözünün mənası baldan qabaq deməkdir.
Bir çox xəstəliklərin müalicəsində istifadə olunan bu şirədən sağlam adamlar da bəhrələnib, onun əvəzsiz faydalarından yararlana bilərlər. Balqabaq şirəsinin nəyə görə bu qədər dəyərli olmasını bilmək üçün 100 qram balqabaqdan çəkilmiş şirənin tərkibinə nəzər salmaq kifayətdir:
Su-91,8 q.
Karbohidratlar-4.4 q.
Zülallar-1.0 q.
Nişasta-0.2 q.
Üzvi turşular-0.1 q.
Vitamin A-1.5 mq.
Vitamin B1-0.05 mq.
Vitamin B2-0.06 mq.
Vitamin B3-0.4 mq.
Vitamin B6-0.1 mq.
Vitamin B9-0.14 mq.
Vitamin C-8.0 mq.
Vitamin PP-0.5 mq.
Dəmir-0.4 mq.
Kalium-204,0 mq.
Kalsium-25.0 mq.
Maqnezium-14.0 mq.
Sodium-4.0 mq.
Kükürd-18.0 mq.
Fosfor-25.0 mq.
Xlor-19.0 mq.
Yod-1.0 mq.
Mis-0.18 mq.
Sink-0.24 mq.
Yəqin ki, adi balqabağın 100 qramından çəkilmiş şirənin belə zəngin tərkibli olması çoxlarına təəcüblü gələcək.
Uzun xəstəliklərin müalicəsindən, gərgin fiziki və zehni yorğunluqdan sonra orqanizmin bərpası üçün balqabaq şirəsi ən yaxşı vasitədir.
Tərkibində pektinin olması ilə bu içki güclü antioksidantdır. Buna görə də balqabaq şirəsi orqanizmin xolestroldan və ağır metallardan təmizlənməsində mühüm rol oynayır.
Balqabaq şirəsi sidikqovucu xassəyə malikdir. Böyrək daşlarının salınması ümün təbii məlhəmdir.
Bu şirə maddələr mübadiləsini normallaşdırır, qaraciyərin fəaliyyətini yaxşılaşdırır, mədə-bağırsaq sisitemi üçün xeyirlidir.
Ürək damar xəstəlikləri zamanı balqabaq şirəsindən istifadə olduqca faydalıdır. O həmçinin qan təzyiqini aşağı salır.
Əsəbilərinin daima gərgin olmasından, sinir sistemindən şikayətlənənlər üçün balqabaq şirəsi əvəzsiz içkidir. Bu içkidən istifadə etməklə qısa zamanda onun müsbət təsiri özünü göstərir.
Artıq çəkidən yaxa qurtarmaq istəyənlər də bu içkidən istifadə etsələr xeyrini görəcəklər. O sizi piylənmədən xilas edəcək.
Bu şirə qanda şəkərin də səviyyəsini aşağı salır. Buna görə də şəkərli diabet xəstəliyindən əziyyət çəkənlərə balqabaq şirəsi məsləhət görülür.
Balqabaq şirəsi prostat vəzin xəstəliklərinə qarşı profilaktika üçün ən yaxşı içkilərdən biri sayıla bilər.
Bu möcüzəvi faydaları olan içki hamilə qadınların ümumi vəziyyətinə də müsbət təsir göstərir. Xüsusilə ürəkbulanma zamanı balqabaq şirəsi öz effektini verir.
Dırnaqların və saçların strukturunun qorunmasında balqabaq şirəsi faydalıdır.
Uşaqlarda raxitin inkişafının qarşısının alınması üçün balqabaq şirəsindən istifadə etmək məsləhət görülür.
Balqabaq şirəsini gün ərzində 1 stəkandan artıq içmək məsləhət görülmür.
Balqabaq şirəsinin faydaları ilə yanaşı əks göstəriciləri də var. Mədə və oniki- barmaq bağırsağın xorası, həzm orqanlarında kəskin problemlərin olduğu zaman balqabaq şirəsindən məhdudiyyətlə istifadə olunmalıdır. Bu şirədən müalicə məqsədilə istifadə etdikdə həkimlə məsləhətləşməyi unutmayın.
İlham Cəmiloğlu
Salam Necə ay davamlı içmək olar?