Ana südü ildə 10 milyon adamın ölümünə səbəb olan dərmanı əvəzləyəcək

Baxış sayı: 1. 484

Dünyada antibiotiklərdən ehtiyatsız istifadəyə görə ildə 10 milyon adam ölür. Bununla bağlı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

ÜST-ün hesabatına görə, insanlar antibiotikləri adi dərman preparatları kimi həkim təyin etmədən qəbul edirlər. Lakin antibiotiklərin dozasının artırılması ölümə səbəb ola bilər.

Bunu nəzərə alaraq, Britaniyanın Milli Fizika Laboratoriyasının əməkdaşları ana südündən yeni antibiotik hazırlayıblar. Bu preparat başqa dərmanların təsirinə davamlıdır.

Alimlər ana südündə olan zülalın orqanizmin hüceyrələrinə ziyan vurmadan xəstəlik törədən bakteriya və viruslara dərhal hücum etməyi bacardığını aşkar ediblər. Ana südü hətta bağırsaq çöpünü və sarı stafilokoku məhv edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir