Bu ölkədə qadınların bir neçə əri olur

Baxış sayı: 1. 759

Dünyanın əksər yerlərində qadınların monoqamikliyi ilə bağlı fikirlər mövcuddur. Bəzi ölkələrdə kişilərin bir neçə qadınla evlənməsi bu düşüncənin hakim olmasına səbəb olub. Poliqamiya ittifaqları indiyə qədər dünyanın müxtəlif guşələrində mövcuddur. Hindistandakı ən böyük ailə buna misal ola bilər. Həmin ailədə 1 kişinin 39 arvadı və 95 uşağı var.

Lakin Tibet bu məsələdə ziddiyyət təşkil edir. Bu məkanda mövcud olan qədim ənənə qadınların monoqamikliyi haqqında fikirləri alt-üst edir.

“Gencaile.az” “Publika.az”-a istinadən xəbər verir ki, burada çoxdan qızların ailənin bütün qardaşlarına ərə getməyi qəbul edilib.

Tibet ailələrində münasibətlər çox qəribədir. Uzun illər mövcud olmuş ənənəyə əsasən, ailədə böyük oğul özünə arvad seçir. Ailənin digər oğlan övladları isə böyük qardaşın aldığı qadının əri sayılırlar.

Bu, müvəffəqiyyət hesab edilir. Hesab edilir ki,  qadının çox ərə malik olması ailənin zəngin olması deməkdir.

Qadınlara gəlincə, münasibətlərin belə modeli onları tamamilə qane edir. Burada zərif cinsin nümayəndələri ərlərindən hər birini sınayır. Evdəki bütün kişilər onu öz xarakterləri, işgüzar olmaları ilə bağlı razı salmağa çalışır.

Evdəki kişilərdən hansı daha çalışqandırsa, ailənin xeyirinə işləyirsə, o daha çox şans qazanır. Əgər ər ailənin ümumi mənfəətinin qayğısına qalmırsa, arvad hətta onu evdən qova bilər.

Tibet qızları özlərinin eşq sərgüzəştləriylə fəxr edirlər. Çünki sevgililəri onlara tez-tez xüsusi sikkələr hədiyyə edirlər. Bundan hazırlanan boyunbağı xanımın müvəffəqiyyətinin ölçüsü hesab edilir. Qadının nə qədər daha çox sikkəsi olsa, o qədər qibtə oyadan gəlin sayılır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir