yashil cay

Xərçəngin qarşısını alan 10 qida – SİYAHI

Baxış sayı: 1. 453

Xərçəngin qarşısını alan qidaların möcüzəvi gücündən yararlanmaq lazımdır. “Gencaile.az” Aile.lent.az-a istinadən  xərçəngdən qoruyan qidalar haqqında məsləhətləri təqdim edir.

Soya lobyası

Bir çox xəstəlikdə olduğu kimi xərçəngdən qorunmaq üçün də düzgün qidalarla sağlam və nizamlı qidalanmaq vacib rol oynayır. Xərçəngə qarşı qidalara isə soya lobyası başçılıq edir. Xüsusən də estrogen hormonuna olan təsiri ilə sidik kisəsi xərçənginin qarşısını almaq gücünə malikdir. Yapon alimləri sübut edib ki, soya əsaslı zülal yeyən kişilərin mədə xərçənginə tutulma riski daha aşağıdır. Lakin döş xərçəngi olan insanlar estrogen təsirli olduğu üçün soyadan uzaq durmalıdırlar.

Üzüm

Xərçəng hüceyrələrinin toksin təsirini məhv etdiyi üçün böyümələrinə mane olan üzüm, sağlam hüceyrələrin də qorunmasını təmin edir. Bir çox araşdırmalar üzüm çəyirdəyinin xərçəng növlərinə qarşı qoruyucu təsiri olduğunu sübut edib. Üzüm dəri və döş xərçəngi riskini azaltmaq üçün çox faydalıdır.

Yaşıl çay

Polifenol tərkibli yaşıl çay xüsusən xərçəngə qarşı qoruyucu təsiri ilə məşhurdur. Yaşıl çayın mədə və bağırsaq xərçənginə qarşı müsbət təsiri hər kəs məlumdur. Xərçəng böyümələrinin yavaşlanması və yayılmasına olduqca yaxşı təsir edən tərəfləri də sübut edilib.

Brokoli

Brokoli çiy yeyildiyi zaman acı dad versə də, bu dadın xərçəngə qarşı qoruyucu təsiri var. Sütun və prostat xərçəngi riskini azaldır.

Balıq

Somon, sardalya kimi bir çox balıq növlərində olan Omega 3 göz və beyin hüceyrələrinin qorunması üçün təsirli gücə malikdir. Bir çox araşdırmalar döş, prostat və bağırsaq xərçənglərinə qarşı qoruyucu təsir göstərdiyini də sübut edib.

Soğan-sarmısaq

Soğan tərkibində olan “organosulfur” ilə birlikdə bir çox xərçəng növünə qarşı qoruyucu təsirə malikdir. Soğan qədər sarımsaq da təsirli qidadır. Tərkibindəki A və C vitaminləri və az miqdarda olan kalsium, potasium, kükürd və sink kimi mineralları sayəsində sarımsaq dəri, sütun, ağciyər xərçəngi və leykoza qarşı qoruyucu təsirə malikdir.

Naringi

C vitamini tərkibli olan naringi antioksidan təsiri ilə xərçəngə qarşı qoruyucu gücə malik qidadır. Gündə iki dənə yeyilən naringi xərçəngin qarşısını ala bilər.

Limon

Yüksək antioksidan tərkibi olan limon qabığı nazik soyulub yeyildikdə xərçəngə qarşı qoruyucu gücünü daha çox nümayiş etdirir. Xüsusən də qaraciyər, ağciyər, mədə və dəri xərçənginə qarşı qoruyucu təsir göstərərək döş və pankreas vəzi xərçənginin müalicəsi zamanı qidalanma proqramına daxil edilir.

Kətan toxumu

Döş xərçəngi olan xəstələrin kətan toxumu yeməsi məsləhət deyil. Lakin dəri xərçəngi və bu kimi xərçəng növlərinin yayılmasının qarşısını alır.

Brüssel kələmi

Yüksək lif tərkibi olan brüssel kələmi başda sütun xərçəngi olmaqla qaraciyər və ağciyər xərçəngi kimi bir çox xərçəng növlərinə qarşı qoruyucu gücə malikdir. Toxumalarda şişin böyüməsinin qarşısını alan qidalar sırasındadır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir