Stil sahibi olmaq üçün 5 qayda

Baxış sayı: 1. 612

Hər kəsə yaraşan rənglər var və bu rənglər adamdan adama fərqlilik göstərir. Məsələn,qaraşınların  göz və saç rəngi də tünd olduğu üçün tünd rənglərə  üstünlük verməkləri daha uyğundur. Zoğalı  və qəhvəyi tonları  açıq rənglərlə kombinləyə bilərlər. Daha ağ dəriyə sahibsinizsə,  pastel tonları tünd rənglərlə kombinleyin.

Geyimlərinizlə qüsurlarınızı örtün

Modanı yaxından təqib etmək sizi yalnız modanı təqib edən biri edər, tərz sahibi olmağınızı deyil! Stil sahibi ola bilmək üçün özünüzə yaraşanı tapmalısınız. Bədən formanıza uyğun olan geyimlərə üstünlük verməlisiniz. Dəbdə olan geyimlər sizi gözəl göstərmirsə, dəbli görünmək üçün həmin geyimləri qarderobunuza əlavə etməyiniz məsləəhət deyildir.

Üzünüzə və bədəninizə uyğun makiyaj edin

Əsmərsinizsə  zoğalı  və qəhvə rəngi, ağbənizsəniz  şaftalı və çəhrayı tonları seçim edin. Gözləriniz iridirsə yüngül, kiçiksə daha iri göstərəcək şəkildə göz makiyajı edin. Dodaqlarınız incədirsə dolğun göstərmək üçün dodaq qələmiylə doldurduqdan sonra dodaq boyası çəkin. Kirpiklər bir qadının ən əhəmiyyətli silahlarıdır, onları tuşla diqqətə çarpan hala gətirin.

Üz və baş quruluşunuza yaraşacaq bir saç modeli tapın

Məsələn üzünüz yumrudursa çənə hissədən etibarən qatlı ortadan ayrılmış saçlar daha uyğundur. Üçbucaq üzlərdə çənə  diqqəti çəkdiyi üçün eyni xəttdə qatlar görünüşü bir az yumşaldır.

Saçınızı bədəninizə uyğun rəngə boyamaq

Qarayanızsanız sarışın olmağa çalışmaq yerinə mis kölgələr etdirməyi seçim edin. Bədəniniz çox ağsa tünd rənglər sizə yaraşacaq ancaq üzünüzü bir az rəngləndirmək lazım olduğunu unutmayın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir