Adətən öz xarici görünüşünə ciddi yanaşan qadınlar geyinərkən hər gün özlərini “Bu gün nə geyinim?” sualı ilə yorurlar. Çox vaxt da dəb dalınca qaçaraq, özlərinə yaraşan rəngləri seçməyi unudurlar. Stilistlərin fikrincə, yaraşan rəngləri seçə bilmək üçün ilk növbədə dərinin, saçın, gözlərin rəngini müəyyənləşdirmək lazımdır.
Yaz rəngləri
Yaz rəngləri tipinə aid olan xanımlar çox zərif və tərəvətli görünürlər.
Dəri: Açıq və ya şaftalı, fil sümüyü, çəhrayı çalarlı qızılı rəngdə olur. Dəri günün altında tez qaralır.
Saç: Açıq qəhvəyi və ya təbii sarı olur. Yaz rəngləri tipinə aid olan xanımlarda açıq kürən, açıq xurmayı və qızılı rənglərdə də saçlara rast gəlinir. Adətən saçlarında açıq qəhvəyi çalarlar da diqqəti çəkir. Yaşlandıqca saçın rəngi tündləşsə də, saçlardakı qızılı parıltı itmir.
Gözlər: Firuzə, dəniz rəngi, göy, mavi, yaşıl- kəhrəba rəngində olur. Nadir hallarda qızılı-qəhvəyi rəngli gözlərə də rast gəlinir. Belə
qadınların gözlərinin rəngi çox tünd olmur.
Yaraşan rənglər:
Əsas rəng — parlaq narıncı.
Bej rəngi
Isti sarı rəng (limon rəngi yaraşmır)
Şampan rəngi
Narıncı rəngə çalan
sarı
Parlaq narıncı rəng
Açıq qəhvəyi rəng
Kərpic rəngi
Tomat rəngi
Qızılı qəhvəyi rəng
Çəhrayı rəng
Qızılı yaşıl rəng
Firuzə rəngi
Yaraşmayan rənglər: Qara, bozun bütün soyuq çalarları, ağ, purpur-çəhrayı, tünd göy.
Qış rəngləri
Əgər saçlarınız tünd kül və ya qara (tünd şabalıdı), gözləriniz qara, yaşıl, göy, tünd qəhvəyi, dəriniz isə ağ və ya zeytun rəngindədirsə, siz qış rəngləri tipinə aidsiziniz.
Yaraşan rənglər:
Əsas rənglər – ağ və qara.
Gümüşü rəng, dəmir rəngi
Limon rəngi
Qırmızı rəng
Parlaq çəhrayı rəng
Soyuq çalarlı tünd qəhvəyi rəng
Bənövşəyi rəng
Parlaq göy rəng
Zümrüd rəngi
Qaraya çalan yaşıl rəng
Yaraşmayan rənglər: Pastel rənglər, boz, narıncı, qəhvəyinin isti çalarları, sarı-qırmızı, sarı-yaşıl rənglər.
Yay rəngləri
Bu tipə soyuq rənglər xasdır.
Dəri: Açıq, çəhrayı çalarlı rənglərdə olur. Dəri o qədər şəffaf olur ki, altında damarlar görsənir. Dəri torpaq çalarlı da ola bilər. Bu tip qadınlarda çillər də olur. Dəri günün altında qaralır, hətta yandığı üçün qızarır da.
Saçlar: Açıq sarıdan tutmuş tünd xurmayı rəngə qədər tonlarda olur. Rənglərdə soyuq kül çaları nəzərə çarpır. Günün altında belə saçlar yandıqdan sonra bir qədər kürən rəng alırlar.
Gözlər: Yaşıl, mavi, boz, göy və ya qəhvəyidir.
Yaraşan rənglər:
Əsas rənglər – boza çalan mavi, göy.
Yumşaq pastel tonlar
Səma rəngi
Çəhrayı rəng
Boza çalan qəhvəyinin bütün çalarları
Çəhrayıya çalan qəhvəyi rəng
Tünd qırmızı rəng
Bozun bütün çalarları
Parlaq olmayan soyuq rənglər
Yaraşmayan rənglər: Qara, təmiz ağ, çox parlaq rənglər, narıncı, parlaq qırmızı, yaşıl alma rəngi.
Payız rəngləri
Dərisi: Açıq və solğun olur. Müxtəlif çalarlarda – fil sümüyü, şaftalı, bej-qızılı, tunc, zeytun çalarlarda olur. Dərinin üstündə çillər və xallar da görünür. Dərisi günün altında tez yanır və qızarır. Payız rəngləri tipinə aid olan qadınlar yaz rəngləri tipinə bənzəyir. Lakin belə qadınların yanaqlarında qızartı olmur və dərisi günün altında pis qaralır. Sadəcə uzun müddət günün altında qalanda dəri yanaraq qızarır.
Saçları: Kürən saçlı və dərisi çilli olan qadınlar payız tipinə daxildir. Saçları qızılı- qəhvəyi, bal rəngində də olur.
Gözləri: Qəhvəyi, mavi, firuzə rənglərindədir.
Yaraşan rənglər:
Əsas rənglər – tünd qəhvəyi və ya tünd yaşıl.
Fil sümüyü rəngi
Qızılı bej rəngi
Tünd sarı rəng
Tutqun narıncı rəng
Qızılı qəhvəyi rəngin bütün çalarları
Bal rəngi
Pas rəngi
Yaşıl rəng
Göyə çalan yaşıl rəng
Qaraya çalan göy rəng
Başqa parlaq olmayan isti rənglər
Yaraşmayan rənglər: Qara, ağ, boz, sarı, göy, soyuq çəhrayı, parlaq narıncı rənglər.