Həm müqəddəs kitabımız Qurani-Kərimdə, həm Tövratda və həm də əksər elm adamlarının çıxışlarında donuz ətinin yeyilməsini qadağan edilir.
“O sizə leşi, qanı, donuz ətini və Allahdan başqası adına kəsilmiş heyvanı haram qıldı. Amma bunu yeməyə məcbur olanlar həddi aşmayacaq dərəcədə yesə onlara günah yoxdur. Həqiqətən Allah bağışlayandır və əsirgəməyəndir”, (Bəqərə surəsi,173 ayə).
Bundan başqa bir neçə ayələrdə donuz ətindən bəhs edilir. Məsələn Maidə surəsinin 3-cü ayəsi, Nəhl surəsinin 115-ci ayəsi, Ənam surəsinin 145-ci ayəsi və Maidə surəsinin 60-cı ayələrində donuz ətinin haram olaraq qadağan olmasından bəhs edilir.
Deməli, donuz yeganə heyvandır ki, öz nəcisini yeyir. Donuz ətini yeyən insanlarda immun sistemi yeməyənlərdən həmişə aşağı olur və çox güclü bir allergendir.
Donuz əti başqa ətlərdən fərqli olaraq insanlarda böyümə hormonlarına təsir edir və bu hormonların nizamlı hərəkətini pozur. Daha sonra belə insanlarda xolesterin və lipid mübadiləsində pozulmalar əmələ gəlir.
Donuz ətinin tərkibindəki yağlar başqa yağlara nisbətdə qan damarlarına sürətlə keçir bundan sonra damarlarda yağlanmanın miqdarı artır və belə insanlar ürək xəstəliklərinə daha tez tutulurlar və bu insanların infarkt olma riskini çoxaldır. Belə insanların beyin qan dövranında da həmişə problemlər olur. damarların mənfəzləri tutulduğundan beyinin qidalanması pozulur və belə insanlar alsheymer, skleroz kimi xəstəliklərə daha cavan yaşlarında tutulurlar.
Donuz piyinin içərisində sutoksin adında bir zəhərli maddə vardır. Bu maddə bədəndəki limfa damarlarının işini pozur və onların böyüməsinə səbəb olur. Məsələn daima donuz əti yeyən insanlar adicə boğazgəlmə xəstəliyinə tutulanda boğazları o qədər şişir ki, sanki “donuza” bənzəyirlər.
Donuz ətində daimi yeyən insanların dərilərində ekzema və qaşıntı neyrodermit daha cox olur, buna səbəb ətdə olan histamin və imtidazoldur.
Donuz ətini daima yeyən dövlətlərin insanlarına nəzər salın, demək olar hamısı hədsiz piylənmədən və şəkərdən əziyyət çəkirlər. Bundan başqa donuz ətində donuz finnası adlı qurdlar var, bu qurdlar inək ətində də olurlar amma inək ətini 80 dərəcəyə qədər qızdıran kimi finnalar ölür, donuz ətini isə 120 dərəcə qızdırmaq lazımdır ki, bu qurdlar ölsün. Məsələn donuz ətindən kabab bişən zaman bu qurdlar çox zaman ölmür. İnək ətindən yoluxan finnalar müalicəyə rahat tabe olurlar isə donuz ətindən yoluxmuş finnalarla mübarizə illərlə çəkir, onlar xarici amillərə qarşı cox davamlıdırlar. Tək finnalar yox, donuz ətindən insanlara yüzlərcə zoonoz xəstəliklər keçə bilir.
Donuz yediyi yeməkləri 4 saata həzm edir. Bu nə deməkdir? Deməli, bu cox sürətli həzm olduğundan yediyi yeməkləri tam filtrasiya (təmizləmə) edə bilmir və sonda bütün mikroblar və bakteriyalar donuzun bədənində qalır.
Donuz ətinin tərkibində cox miqdarda kükürd vardır, daimi qidalanma zamanı kükürd orqanizmdə çoxalır və fəqərələrin oynaqların arasındakı toxumalarda toplanır, sonda belə insanlar bel yırtığı və oynaqların əyilməsi kimi xəstəliklərə tutulurlar.