Uşaqlar niyə sinir krizi keçirir?

Baxış sayı: 1. 195

Küçədə, bazarda, parkda, evdə uşaqların özlərini ora-bura çırparaq ağlaması, qışqırıb-bağırması, yanındakıları yumruqlaması hallarına tez-tez rast gəlinir. Valideynlər çarəsizliklə uşağın sakitləşməsini gözləyir, bir yandan da uşağın özünə və başqalarına zərər verə biləcəyindən ehtiyat edirlər. Əslində, bu, inkişaf etmiş hər hansı vəziyyətin pik nöqtəsidir. Uşağın krizinə girməyinin səbəblərini araşdırsaq, nəticəni anlaya və bəlkə də krizin qarşısını ala bilərik. “Gencaile.az” Aile.lent.az-a istinadən bununla bağlı maraqlı məlumatları təqdim edir.

Uşaqlar inkişaf dönəmində olurlar. Onların maraqları günü-gündən inkişaf edir, öyrənmək istəyirlər, hər yerə və hər şeyə təcrübəçi gözü ilə baxırlar. Yer kürəsi sanki onların oyun meydançasıdır. Həyat onlar üçün qayda-qanunları olmayan, təcrübə və heç nəyə baxmayaraq oynadıqları bir oyundur.

Vaxt keçdikcə ailə ilə başlayıb əhatə dairəsi ilə genişlənən mühitdə qayda-qanunlar yaranmağa başlayır. Bu zaman oyunun dadı qaçır və uşaq nəticədə qaydaların olduğunu qəbul edir. Qaydaları pozmağa çalışır, oyunu idarə etmək istəyir, lakin maneələrlə qarşılaşır.

Ətraf aləmlə tanış olmazdan əvvəl hər dediyi yerinə yetirilən, istək və arzuları tez bir zamanda reallaşan uşaq sosiallaşdıqca hər şeyi qurdalamağa başlayır və bu zaman valideynlərin narahatlıqları da artır. “Dayan”, “etmə”, “eləmə”, “qaçma”, “vurma”, “qırma” kimi sözlər və əmrlər çoxalır, cəzalar verilməyə başlayır.

3-4 yaşına qədər uşaqlar qaydalara riayət etmə mövzusunda ailə daxilində baş verənləri yansıdırlar. Həddən artıq qoruyucu ailələrdə böyüyən və səhv edə bilmək şansı olmayan, qarşısındakı maneələr aradan qaldırılan, yıxılan zaman o saat ayağa qaldırıldığı üçün valideynlərindən asılı olan uşaqlar istədikləri yerinə yetirilmədikdə bunu qəbul etmək istəmirlər.

Avtoritar ailələrdə böyüyən uşaqlar qaydalara əməl etmək mövzusunda inadçı olurlar. Həmyaşıdlarının səhvlərinə göz yummaz, cəzalanmalarını istərlər. İstədikləri yerinə yetirilmədikdə isə üsyanlarını sinir krizi keçirərək göstərirlər.

Demokratik ailələr isə qayda-qanun qoyan zaman bunun səbəbini də izah edirlər. Qoyduqları qayda-qanunlara özləri də riayət edirlər. Cəza yerinə isə nəticələrlə uşağı baş-başa qoyduqları üçün bu cür ailələrdə böyüyən uşaqlarda çox az hallarda sinir krizisi keçirirlər.

Normalda isə şərtlər bu cür olmalıdır: uşaqlar qayda-qanunsuz mühitdə böyüməməlidirlər və onların adət etdiyi nizam-intizam pozulmamalıdır.

 

Uşaqlar həddən çox qoruyucu və ya ciddi şərtlər altında böyüyərsə, onların sinir krizi keçirmələrinə hazır olun. Uşaqlarınızın sinir krizi keçirməyini istəmirsinizsə, demokratik ailə mühiti və sağlam şəxsiyyətin formalaşmasına şərait yaradın.