Kimi saçını sağdan, kimi soldan, kimisi də ortadan ayırır. Bəs bunun şəxsiyyətiniz haqqında bəzi ipucları verdiyini bilirsinizmi? “Gencaile.az” Aile.lent.az-a istinadən saç stilinin xarakterinizlə bağlı açıqladığı detalları təqdim edir.
– Əgər saçınızı sola ayırırsınızsa, deməli, risk etməyi sevirsiniz. Sizin üçün təhlükə anlayışı yoxdur və gerçək bir həyəcan insanısınız.
– Əgər saçınızı ortadan ayırırsınızsa, çox rahat birisiniz. Heç bir şey sizi asanlıqla narahat etmir, kimin nə düşündüyü vecinizə deyil. Fikirləriniz olduqca konkretdir.
– Əgər saçınızı sağa doğru ayırırsınızsa, şəfqət dolu bir insansınız. Bu davranışınız ətrafınızdakıları rahatladır və onlara güvən verir. Dost qrupu içərisində dinləyən sizsiniz.