yuxu

Günorta yuxusunun bədənə faydaları

Baxış sayı: 1. 800
7-dən 70-ə hər kəsin ehtiyacı olan yuxu gündüz saatlarında daha təsirli olur. 
Mütəxəssislər uşaqların inkişafında, yeniyetmələrin isə daha da məhsuldar işinə müsbət təsiri olan günorta yuxusunu tövsiyə edirlər. Günorta yuxusunun, ən azı gecə yuxusu qədər insan bədəninə faydası vardır. Gecə kifayət qədər yatmış, gündüz də günorta yuxusu yatan bir adamın bədəni təzələnir, performansı artır, düşünmə və problem həlletmə qabiliyyəti sürətli olar. Gün içərisində iki dəfə bədən istiliyi düşür. Biri səhərə qarşı 03:00 sıralarında, digəri isə günortadan sonra 14:00 – 15:00 saatları arasında olar. İnsanların günorta yeməyini düşündüyü vaxt əslində bədənin yuxuya ən meylli olduğu zamandır. Bu saat silsilələri yuxunun ən keyfiyyətli olduğu zamandır. Keyfiyyətli yuxu insan bədəninə uzun müddət yatmaqdan çox daha çox fayda verir. İmkanı olan hər kəsin günorta yuxusuna yatması məsləhətdir. Ancaq xüsusilə uşaqların günorta saatlarında mütləq yatmaları lazımdır.
Uşaqlıq çağında günorta saatlarında alınan keyfiyyətli yuxu, beyin və bədənin inkişafı üçün böyük əhəmiyyət daşıyır. Çünki yuxu böyümə baxımından çox əhəmiyyətlidir. Uşaqların təxminən 1-2 saat günorta yuxusuna ehtiyacı vardır. Yeniyetmələr üçün isə 15-20 dəqiqə kifayətdir.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir