Qarın ağrısı, qabarıqlıq və kilo ala bilməmək kimi şikayətlərlə özünü büruzə verən çölyak (seliakiya) xəstəliyi tez-tez müxtəlif xəstəliklərlə qarışdırılır. Buğda, arpa, çovdar və yulaf kimi taxıllarda olan qlüten zülalından uzaq dayanaraq qidalanmaq, çölyak xəstəliyinin tək müalicəsi olaraq bilinir.
Allergiya ömür boyu davam edər
Çölyak xəstəliyi, həyat boyu davam edən bir qida allergiyası olaraq bilinməkdədir. Bədənin verdiyi reaksiya nəticəsində 12 barmaq bağırsaq quruluşu pozulmaqda və nazik bağırsağın xüsusilə başlanğıc qismi normal fəaliyyətini itirir. Bu səbəbdən insanlar bu nöqtədə inkişafı lazım olan nazik bağırsaq fəaliyyətlərindən məhrum qalır.
Bu əlamətlər varsa, siz də çölyak ola bilərsiniz
Çölyak xəstəliyi fərqli yaşlarda yarana bilər. Xəstəliyin çox yüngül irəliləməsi və fərqli narahatlıqlarla qarışdırılması diaqnozun irəli yaşlarda qoyulmasına səbəb ola bilər. Uşaqlıq dövründə ən çox rastlanan əlaməti böyümə geriliyidir.
Çölyak xəstəliyinin əlamətləri:
· Qarın bölgəsində önə doğru qabarıqlıq
· Yaşa görə kilo azlığı
· Əzələ zəifliyi və qansızlıq
· Qaz şikayətləri və nəcisdə anormallıq
· Qusma, halsızlıq və iştahsızlıq
· Ağız boşluğunda afta
· Oynaq və sümük ağrıları
· Əsəbilik
· Dəridə qaşıntı və səpgilər kimi əlamətlərlə özünü göstərir.
Çölyak xəstəliyinin əlamətləri fərqli xəstəliklərlə qarışdırıla bilər. Doğru diaqnoz qoyulması üçün bəzi xüsusi qan testləri, endoskopiya və alınan toxuma nümunələrinin patologiya tərəfindən araşdırılması lazımdır.
Yeməklərinizi ayırın
Çölyak xəstəliyinin tək müalicəsi qlütensiz pəhriz olaraq bilinməkdədir. Əgər qlütensiz qidalardan istifadə edərsinizsə xəstəliyin qarşısını almaq mümkündür. Burada əhəmiyyətli olan qlütenli və qlütensiz qidaların yaxşı ayrılmasıdır. Qlüten daha çox buğda, arpa, çovdar və yulaf kimi taxıllarda olur. Ancaq indiki vaxtda hazır qida sektorunda qlüten çox istifadə edilir. Biskvitlərdə, hazır şorba, qlüten tərkibli saqqız və şokoladlar çölyak xəstələri üçün təhlükəlidir.
Hətta qadınların istifadə etdiyi bəzi kosmetik məhsullarının içində belə bu maddəyə rast gəlinir. Bunların yanında dərman, şampun, krem kimi məhsullar qlüten məzmunları səbəbiylə diqqətli istifadə edilməlidir. Çox yaxşı bir etiket oxucusu olunmalı, qidaların etiketləri mütləq oxunmalıdır. Xüsusilə evdə qlütenli və qlütensiz qidaların bir-birindən ayrı və uzaq saxlanması vacibdir. Yemək hazırlığı əsnasında qlütenli qidalara dəymiş çəngəl, qaşıq, süzgəc, qab kimi vəsaitlər qətiliklə çölyaklı kəslərin qidalarına toxunmamalıdır. Bir ton qidada 2 qaşıq qlütenin belə təhlükəli ola biləcəyi unudulmamalıdır.
Bu qidalara üstünlük verin
Çölyak xəstələri istifadə etdikləri hər qidanı yoxlamaq məcburiyyətində qalır. Qlütensiz amma sağlam qidalanmaq bu xəstələr üçün əhəmiyyətlidir. Qarğıdalı, düyü, kartof, noxud, mərci , şabalıd, lobya, qoz-fındıq kimi qidaları və bu qidalardan əldə edilən un və nişastalardan istifadə etmək lazımdır. Qoz, fındıq kimi çərəzlər ilə əncir və kişmişi qida rasionundan çıxarmamalısınız. Bununla yanaşı ev heyvanları və qırmızı et, bütün tərəvəz və meyvələr, paxlalıların bütün növləri, yumurta, bal kimi qidaları rahatlıqla istifadə edə bilərsiniz. Buğda çörəyi yerinə qarğıdalı çörəyi yeyilməlidir. Alınan qarğıdalı çörəyinin tərkibində digər unların və maddlərin qarışdıra biləcəklərini rəhbər alaraq çörəyi özünüzün bişirməyiniz daha məsləhətlidir.
Diyetə riayət etməməyin nəticələri ağır ola bilər
Ən sıx görülən problem bağırsaqlarda müşahidə edilir. Bunlarla birlikdə halsızlıq, sümük əriməsi, sonsuzluqa və depressiyaya səbəb ola bilər. Müalicə edilməmiş çölyak xəstəliyi uzun dövrdə incə bağırsaq xərçəngi və lenfoma kimi xəstəliklərin meydana çıxma riskini də artırır. Uşaqlarda isə boy qısalığı, davranış problemləri və inkişaf geriliyinə səbəb ola bilər. Əgər pəhrizə riayət edərsinizsə, ömrünün sonuna qədər rahat, şikayətlənmədən yaşamaq mümkündür. Ancaq yenə də lazımlı müayinələrdən keçmək vacibdir.
Colyak