beyin

İnsan beyni ilə bağlı 12 maraqlı məlumat

Baxış sayı: 1. 472

1. İnsan beyninin ağırlığı təxminən 1.5 kq-dır. Ancaq biz bu ağırlığı hiss etmirik. Çünki, beynimiz kəllə sümüyü daxilindəki xüsüsi maye içində üzür. Bu da beynin ağırlığının 1 kq ağırlığında hiss etməyimizi imkan yaradır.

2. Bir insanın beynindən gündə orta hesabla 70 min düşüncə keçər.

3. Lazım olan enerjini almaq üçün beynə orta hesabla 3 «cola» qutusu qədər qan gəlir.

4. Bədənimizin istehsal etdiyi oksigen və enerjinin 20%-i beynimiz tərəfindən qəbul edilir.

5. Bir çox orqan yetkinlik dövrü bitdikdən sonra inkişafını dayandırır. Amma beynimiz təxminən 40 yaşa qədər öz inkişafını davam etdirir.

6. İnsan beynində ağrı hiss etdirən qəbuledicilər yoxdur. Başqa sözlə beynimiz ağrımaz. Buna görə də, beyin əməliyyatları oyaq ikən edilə bilər.

7. Bədənimizdəki bütün orqanlar kimi beynimiz də qidalanmadan təsirlənir. Beyninizin sağlamlığı üçün bu qidaları qəbul edin: Yağlı balıqlar, pomidor, brokoli, qabaq çəyirdəyi, zeytun, qara şokolad, yumurta və qoz.

8. Beynimiz bədənimizdəki ən yağlı orqandır. Beynimizin 60%-i yağdır.

9. İnsan beyni ən çox hüceyrəyə 2 yaşında sahib olur. Yeni hüceyrələr yaransa da, bir daha heç bir zaman bu saya çata bilmirik.

10.Keçmiş dövrlərdə beyinin önəmsiz orqan olduğu düşünülürdü. Mədə və ürəyə daha çox önəm verilirdi.

11. İnsanın ağıllı olması ilə beynin böyüklüyü arasında bir əlaqənin olmadığı isbat olunmuş bir gerçəkdir.

12. Araşdırmalara görə, beyin bütün ömrümüz boyu 1 kvardilyon bilgi toplayır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir