adlar

Adımızı necə dəyişə bilərik?

Baxış sayı: 4. 949

“İgid ölər, adı qalar” – deyə bir atalar sözü var. Düzdür, burada söhbət sırf adın nə olmasından deyil, etdiyin qəhrəmanlıqlardan gedir. Amma ümumilikdə bu həm də onu göstərir ki, insan ölsə də, adı qalır. Buna görə də ad insan həyatında böyük rola malikdir. Hazırda övladlarına gülməli və digərləri tərəfindən gülüşlə qarşılanan, cinsinə uyğun olmayan adların qoyulması halları yoxdur.

Burada söhbət Traktor, Kombayn, Aprel, Yanvar, Pəsə, Qaytaran kimi adlardan gedir. İndi bu adlar istifadə edilməsə də, əvvəlki illərdə bu cür adlar qoyulan şəxslər var ki, indi öz adlarından utanırlar. Hətta mətbuatda yazılarla çıxış edən bir şəxs adından utandığı üçün yazılarını başqa imza ilə yazır. Sosial şəbəkədə də profilini də tamam başqa bir ad ilə istifadə edir.

Amma hər kəsin öz adını dəyişmək kimi bir hüququ da olmalıdır. Ad dəyişən insanlara çox az olsa da rast gəlirik. Bəs ad dəyişikliyi necə aparılmalıdır? Bu haqda qanun nə deyir? Hüquqşünas Asif Abdullayev qəzetimizə açıqlamasında bildirdi ki, hazırda Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş qaydalara əsasən, uşağa xələl gətirən, cinsinə uyğun olmayan və gülüş hissi doğuran adların verilməsi qadağandır. Buna görə də valideynlər bu cür adları övladlarına vermək istəsələr də, qeydiyyat orqanları adları qeydiyyata ala bilməzlər.

Hüquqşünasın sözlərinə görə, ümumi qayda olaraq adın, soyadın və ata adının dəyişdirilməsinə 18 yaşa çatdıqdan sonra yol verilir. Amma 18 yaşa qədər də uşağın adının dəyişdirilməsi mümkündür: “Ailə qanunvericiliyinə əsasən, uşağın mənafeyini nəzərə alaraq, müstəsna hallarda 18 yaşına çatmamış şəxslərin də adının dəyişdirilməsinə icazə verilə bilər. Uşağın ad dəyişikliyi üçün mütləq valideyn müraciət etməlidir. Amma bu məsələdə 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır”.

A.Abdullayev deyir ki, ümumi qaydada 18 yaşına çatdıqda ad dəyişilə bilər. Əgər 18 yaşına çatmamış şəxsin ad dəyişikliyi üçün müraciət edilirsə, amma ad normaldırsa, adın dəyişikliyi müraciətindən imtina edilə bilər.

Hüquqşünas bildirdi ki, vətəndaşın ad dəyişikliyi yalnız bir dəfə aparıla bilər. Bunun üçün ümumilikdə 1 ay vaxt lazımdır: “Ad dəyişikliyində qəliz proseslər gedir. Müvafiq qurumlara sorğular verilir. 15 gün ərzində o qurumlardan cavab gəlməlidir. Əlavə 15 gün vaxt isə rəy üçün lazım olur”.

Amma bəzi məqamlarda qanunla ad dəyişikliyinə icazə verilmir. A.Abdullayev deyir ki, şəxsin götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, həmçinin təqsirləndirilən şəxs statusunda olduqda və barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın dəyişdirilməsinə yol verilmir.

Psixoloq Vəfa Rəşidova isə bildirdi ki, ilk olaraq valideynlər nənə-baba adını uşağa verəndə diqqətli olmalıdırlar: “Bizdə belə bir ənənə var ki, nənə-babanın adı uşağa verilir. Bu ad istəkdən qoyularsa, problem yoxdur. Amma bir çox hallarda nə məna verməsinə baxmadan, adı yaşatmaq naminə nənə-babanın adını uşağa verirlər. Bəzi bu cür adlar uşaqlarda özgüvənsizliyə səbəb olur, bu isə onlarda kompleks yaratmağa başlayır”.

V.Rəşidova deyir ki, ad insan psixologiyasına böyük təsir göstərir. Xoşagəlməyən bir mənası olan adın sahibi hər zaman özünü ətrafdakı insanlardan çəkinəcək, daim adının sıxıntısını yaşayacaq, həmişə nəyisə gizlətməyə çalışacaq, yalan danışacaq: “Hətta nəsillərində daşıdığı adda bir şah olması ilə də əlaqələndirəcək. Əslində heç elə deyil. O adını daha dəyərli olduğunu sübut etmək üçün bunu yalan da olsa danışır. Bu, insanın özgüvənsizliyindən xəbər verir”.

Psixoloqun sözlərinə görə, ad dəyişikliyi aşağı yaşlarda aparılsa, daha yaxşıdır. Çünki əks halda, insanın kimliyi düzgün formalaşmır: “Uşağı adı Əlidir, sonra Ömər edilir. Həyətdə bir ad deyiləcək, evdə başqa. Uşaq psixoloji olaraq hansı adla formalaşacağını bilməyəcək. Tez-tez sual verməyə başlayacaq ki, mən kiməm? Kimlik düzgün formalaşmır. Adları gec dəyişən insanlar həmişə ikili həyat sürürlər. Daim yalanlar üzərində özlərini təsdiq etməyə başlayırlar. Bəzən kənardan elə görünə bilər ki, bu gün Gülbikədir, sabah Səbinə. Bunun nə fərqi var? Əslində çox böyük təsir göstərir. İnsan özünü sevməməyə başlayır. Adını sevmək özünü sevmək deməkdir. Bu baxımdan ad dəyişikliyi çox aşağı yaşlarda edilsə yaxşı olar. 20 yaşında birinin ad dəyişməsi ilə 5-7 yaşında birinin ad dəyişməsi fərqli də təsirlər fərqli olacaq. 8 yaşına qədər bunu rahat etmək olur. Bir az böyük yaşlarda artıq oturuşmuş ad olur. Ətraf hər kəs köhnə ad ilə tanıyır, onların hamısına yeni adı qəbul etdirmək də çətin olur. Bu isə bir psixoloji təsirdir”.

Psixoloq deyir ki, ad dəyişikliyinin aparılması problemi həll etmir. Sonrakı ad da insanın öz istəyinə uyğun olmalıdır: “Adlarının psixoloji təsirləri ilə üzləşən çox pasinetim olub. Hətta adını dəyişəndən sonra psixoloji olaraq başqa cür əziyyət çəkənlər də olub. Hər insan ad dəyişikliyini qaldıra bilmir. Bəzən valideynlər ad dəyişəndə uşağın fikrini soruşmurlar. Amma uşağın adı dəyişilirsə, onun öz fikrini də öyrənmək lazımdır. Uşağa 3-5 gün vaxt verilməlidir ki, bu haqda düşünsün. Çünki adı gələcəkdə özü daşıyacaq. Gələcəkdə valideynləri günahlandırmaması üçün uşağın da fikrini öyrənmək lazımdır”.




6 şərh “Adımızı necə dəyişə bilərik?

  1. Şölə

    Mənim adım Şölədir. Öz adimdan çox utaniram. Adima görə depresiyyay da düşürəm.Özümdə 18 yaşıma hələ çatmamişam. Asan xidmətə ərzə ilə müraciət edilsə, müraciətimə baxarlarmi çox xahiş cavablandirardiniz.

    Cavabla
  2. Allahveren

    Salam adim Allahverendi adima qarsi kompleksim var xais edrem adimi deyismeyin yollarin deyin mene

    Cavabla
  3. Gulsen

    Salam men oğlumun adını ELAY qoymusam.onda o ad oğlanlara qoyulurdu indi isə qızlar da ELAY adı qoyular.isrətirem adını deyisem.mene bir məsləhət verin

    Cavabla
  4. Pervane

    Salam mene komey edin xaiw edirem mende a dimi familami deywmey isdeyrem coox xaiw edirem nwce deywe bilerem adimi soyadimi hara mueaciyet edim

    Cavabla
  5. Ayan

    Men usagimin adini deyismek isteyirem.Usagin bir yasi var.Xahis eleyirem deyin hara muraciet edek

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir