Yeni aparılan araşdırmalara görə, valideynləri tərəfindən daha tez-tez qucaqlanan uşaqlar böyüdükləri zaman daha sağlam, daha məsuliyyətli, ağıllı və depressiyaya daha az meylli olurlar.
600 nəfər üzərində aparılan araşdırmalara görə, uşaq vaxtı ana-ataları tərəfindən daha çox qucaqlanan insanların psixoloji problemləri daha az olur. Mütəxəssislər tez-tez qucağa alınan uşaqların daha tərbiyəli və anlayışlı olduqlarını bildirirlər. Alimlərin sözlərinə görə, uşaqlardan ağlaya-ağlaya sakitləşməsini gözləmək onların inkişafına pis təsir edir.
Valideynlərin körpələrinə qucaqda nəvaziş göstərməsi onların gələcəkdə şəxsiyyət kimi inkişaf etməsində və daha asan tərbiyə edilməsində önəmli rol oynayır.