Balığı necə bişirməli? – Həm faydalı olsun, həm də ziyansız

Baxış sayı: 1. 738

Balıq insan orqanizminə çox xeyirlidir . Bəs balığı necə bişirək ki, tərkibindəki omeqa-3 ölməsin? Baliğı qızardıb yemək nə qədər dadlıdırsa, bununla onun tərkibindəki vitaminləri bir o qədər öldürmüş oluruq.

Balığın tərkibindəki vitaminləri məhv etməmək üçün balığı buğda və ya sobada bişirmək lazımdır. Yalnız bu zaman omeqa-3 olduqu kimi orqanizmə sovrulur. Balığı qızardıb yemək istəyirsinizsə, o zaman sırf zeytun yağında qızardın, digər yağlarda isə qızartmaq məsləhət deyil. Həmçinin unlayıb qızartmaq lap çox ziyandır. Çünki o yağlar 100 dərəcədə qaynayır və yağ yanır. Bu isə zamanla xərçəng xəstəliyinin səbəblərindən birinə çevrilir. Zeytun yaği 250 dərəcədə qaynadığı üçün balıq ziyansız olur.

Həftədə 1 dəfə balıq yemək xərçəng xəstəliyinin qarşısını alır, çünki balığın tərkibində maqnezium çoxdur . Çalışmaq lazımdır, balıq az duzlansın. Çünki balığın duzsuz yeyilməsi orqanizmə daha faydalıdır.

Təzə balığı qaynar zeytun yağının içinə qoyanda 1-2 soğan da xırda doqranıb balığın yanına tökülür. Balığın bir üzünü qızardıb o biri üzünə çevirəndə, qabın içinə 0.5 stəkandan da az su töküb ağzına qapaq qoyulur. Bu halda təam çox dadlı olur. Həm də soğan yanmır, balıq da buğda bişib yağa düşür.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir