saclarin-elektriklenmesi

Saçların düzgün daranması – Qaydası

Baxış sayı: 1. 585

Saçların sağlam və parlaq olması üçün keyfiyyətli bahali kosmetik vasitələr və gündəlik salon prosedurları bəs etmir.

Nə qədər inanılmaz olsa da, saçların sağlam olması üçün ilk əvvəl onların düzgün daranması vacibdir. Belə ki, bu prosedur gündəlik bir prosedur olduğuna,görə onun necə baş verməsindən çox şey asılıdır.

Daranma prosesinin saçlarınıza ziyan deyil, xeyir gətirməsi üçün bir neçə qaydaya əməl etmək lazımdır:

Ən başlıca qayda saçların sulu və nəm halda daranmasının yolverilməz olduğunu bilməkdir. Bu halda onlar sudan ağırlaşaraq asanlıqla zədələnir və qırılırlar. Ümumiyyətlə isə mütəxəsisslər saçları yuyulduqdan 8 saat sonra darnmasını məsləhət görürlər. Buna səbəb o zaman ərzində onların təbii yaxmasının təzələnməsi və bərpa olmasıdır.

Əgər saçlarınız qısadırsa, onları dibdən uca daramaq, uzun saçları isə uclarından başlayaraq dibə qədər daramaq lazımdır. Bir çox trixoloqlar saçları darayıb sonradan uzərindən (dibdən-uca) sığal çəkmək lazım olduğunu iddia edirlər. Bu prosedur ən az 40 dəfə edilməlidir(bir darayib, bir sığal çəkmək). Bu prosedur gündə 2 dəfə edilməlidir.

Niyə bu qədər çox? Düşünəcəksiniz…

Belə ki, saçlar darandıqda baş massaj olunur, bu isə baş dərisinin qan dövranın yaxşılaşması deməkdir, qan dövranı yaxşılaşdıqda isə soğanaqları aktivləşdirərək saçların uzanmasına səbəb olur. Bundan əlavə saçların dibdən uca düzgün daranması və sığallanması piy vəzilərinin işini stimullaşdırır, dəri piyinin bütün uzunluq boyu eyni qaydada bölüşdürülməsi saçların sağlamlığını təmin edərək, onları elastik, möhkəm və parlaq edir. Həmçinin saçlar darandıqda üzərində və saç dibinə qonan tozlardan azad olurlar.

Sonda isə çox önəmli olan bir məsləhət… Əgər saçlarınızın sağlam olmasını istəyirsinizsə o zaman yaş saçlarla yatmayın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir