Ev heyvanları insan orqanizmi üçün olduqca faydalıdır. Alimlər bunu öz tədqiqatlarında sübuta yetiriblər. Məlumat «Journal of Personality and Social Psychology» jurnalında dərc olunub. Məqalədə ev heyvanı saxlamağın 6 faydası haqda söz açılıb:
Özünə əminlik hissini yüksəldir.
Ev heyvanı saxlayan insanlar tək yaşayanlarla müqayisədə özlərinə daha çox əmindirlər. Onlar daha çox üsniyyətcil və fobiyalardan kənar olurlar.
Allergiya riskini azaldır.
Çoxları allergiyadan qorxaraq evdə heyvan saxlamaq istəmir. Ancaq alimlər əksini iddia edirlər. Əgər insanın uşaqlıqdan heyvanla kontaktı olursa, onun allergiya riski 50% azalır.
Depressiyadan xilas edir.
97 nəfər heyvan sahibinin psixologiyasını yoxladıqdan sonra alimlər belə bir nəticəyə gəliblər ki, heyvan saxlayanlar nikbin insalardır. Onlar həyata, gələcəyə nikbinliklə yanaşırlar.
Stress səviyyəsini azaldır.
Tədqiqatlar göstərir ki, insan iti və ya pişiyi sığallayarkən qanda stress hormonlarının miqdarı azalır. Bunun əvəzində xoşbəxtlik hormonları olan endorfin və serotinin miqdarı artır.
Tanışlıqlar artır.
Statistika göstərir ki, ev heyvanı sahib olan qadınların əhatəsi daha geniş, tanışlıqları daha güclü olur. Həm də itlə gəzintiyə çıxarkən yeni tanışlıqlar qazanmaq şansı daha çoxdur, nəinki evdə televizorun qarşısında oturmaq.
Ev heyvanı saxlamaq insanların qan təzyiqini də nizama salır.