Dünyanın ən qeyri-adi uşaq bağça və məktəbləri – FOTOLAR

Baxış sayı: 1. 715

Dünyada tikilən müxtəlif lakin qeyri-adi uşaq bağçalarıbı vib.az olaraq seçib diqqətinizə çatdırırıq.

“Ağac ətrafında üzük” uşaq bağçası layihəsi Tezuka Architects Construction tərəfindən Tokyoda yüz illik dzelkova ağacı ətrafında bir üzük şəklində inşa edilib. Polad, şüşə və taxta tikintilisi ağacı “qucaqlayaraq” uşaqların təmiz havada oynamaqları üçün nəzərdə tutulmuşdur.

tok1tok2tok3tok4

“Kindergarten Die Katze” Almaniyanın Wolfartsweier şəhərində nəhəng, ağ bir pişik formasında tikilən uşaq bağçasıdır. Bağça 100 uşağın təhsili üçün nəzərdə tutulmuşdur.

kat1kat2kat3kat4

“Təyyarə-bağça” Gary Şapidze tərəfindən xidmətdən çıxmış Yak-42 təyyarəsinin içində qeyri-adi bağçasını təşkil etmişdir. Təyyarənin interyerində bəzi dəyişikliklər olsa da, pilot kabinası dəyişilməz qalmışdır.

ge1ge2

“Cassata” ibtidai məktəbi Hindistanın Bangalore şəhərində Cadence memarlıq studiyası tərəfindən uşaqların fantaziyası əsasında tikilmişdir.

ca1ca2ca3ca4ca5

“Divarsız məktəb”  İsveçin paytaxtı olan  Stokholmda Rosan Bosch memarlıq studiyası tərəfindən tərtib etmişdir. Məktəbdə bir-birindən ayrı olan siniflər və dərs cədvəli yoxdur. Məktəb rəhbərliyi hər bir uşağa fərdi yanaşmağa çalışır, şagirdlər arasında canlı və təhsil almağa həvəsləndirən atmosfer yaradır. Şagirdlərin təlimi üçün geniş müasir texnologiyalardan istifadə olunur.

st1

st2st3st4st5st6st7
“Göyqurşağı” məktəb yeməkxanası İngiltərənin cənub-şərqində De Rosee Sa and PMR britaniyalı dizayn studiyası tərəfindən hazırlanmışdır.

uk1uk2uk3

uk4

Yapon studiyası Hibino Sekkei və Youji no Shiro 42 il öncə dizayn etdikləri uşaq bağçasının müasir təhsil üsullarına uyğunlaşdıraraq ərsəyə gətirmişdilər. Kanavaqada yerləşən bu bina həmçinin zəlzələyə davamlı bir üslubda tikilmişdir.

y3y4y5y6y7

Danimarkalı studiya COBE tərəfindən uşaqların rəsmləri üslubunda dizayn etdikləri uşaq bağçası “Frederiksvej Kindergarten” bir neçə evin birləçməsindən ibarətdir.

c2c3c4

Almaniyanin Hamburq şəhərində yerləşən və Kraus Schoenberg studiyası tərəfindən hazırlanan uşaq bağçasının əsas məqsədi uşaqları təbiətə daha yaxın etməkdir. Tikilinin inşaasında taxta materialdan daha çox istifadə edilmişdir.

h1h2h3

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir