xərçəng

Xərçəng haqqında 9 qorxunc FAKT

Baxış sayı: 1. 370

Dövrümüzün bəlası olan xərçəng xəstəliyi haqqında faktları nəzərinizə çatdırırıq.

1. Xərçəngin 100-dən artıq növü var. Xərçəng bədənin istənilən hissəsində inkişaf edə bilər.

2. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, 2012-ci ildə bütün dünya üzrə 14 mln. insan xərçəng xəstəliyinə tutulub, 8,2 mln. insan xərçəngdən ölüb. Hər il bu rəqəmlər artır.

3. Xərçəng xəstəliyinə əsasən Asiya, Afrika, Mərkəzi və Cənubi Amerikada tez-tez təsadüf edilir (60%). Xərçəngdən ölüm faktlarının 70%-i də məhz bu regionlarda qeydə alınır.

4. Kişilər arasında daha tez-tez bu xərçəng növlərinə təsadüf edilir: ağ ciyər, prostat vəzi, düz bağırsaq, mədə, qara ciyər xərçəngi.

5. Qadınlar arasında daha tez-tez bu xərçəng növlərinə təsadüf edilir: süd vəzi, düz bağırsaq, ağ ciyər, mədə, uşaqlıq boynu xərçəngi.

6. Xərçəgin əsas risk faktorları: piylənmə, meyvə və tərəvəzlərin az miqdarda qəbulu, fizki aktivliyin az olması, spirtli içkilərin qəbulu və siqaret çəkmək.

7. Siqaret çəkmək xərçəng xəstəliklərinin səbəbləri arasında ən ciddi səbəblərdən biri sayılır. Belə hesab olunur ki, ağ ciyər xərçənginin səbəbi 70% hallarda məhz siqaret çəkmək olur.

8. Xərçəng xəstəliklərinin 1/5 hissəsi xroniki infeksiyalar nəticəsində inkişaf edir. Belə ki, insan papilloması virusunun bəzi növləri uşaqlıq boynu, B hepatiti qara ciyər xərçənginin inkişafına səbəb olur.

9. Xərçəng xəstəliklərinə əsasən 55 və bundan çox yaşı olan insanlarda təsadüf edilir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir