Evlənəcək cütlüklərin ən qorxulu yuxusu qonaqların yerləşdirilməsidir. Kimi kimlə və harada
oturtmalısınız? Sadə formullarla bu məsələni asan həll edə bilərsiniz.
– Əvvəlcə oğlan evi ilə qız evi toy məkanında ayrı-ayrı hissələrdə yoxsa qarışıq yerləşdirəcəyinizi
müzakirə edin. Çünki adətən qız və oğlan evi olaraq yerləşdirilmə sağ-sol bölünür. Hansı daha sadədir
soruşsanız – əlbəttə ki, sağ-sol bölünmə deyə bilərik.
– Qruplandırın – İş yoldaşlarınız, məktəb və universitet yoldaşlarınız, xala-dayı – onların uşaqları və
əmi-bibi – onların uşaqları kimi yaxın qohumlarınız, ailə dostlarınız, qonşularınız və s. Dəvətli siyahısında
bir neçə bu kimi kateqoriyalar çıxırsa, başlıq kimi onları yazın. Belə işin müəyyən faizini etmiş və işinizi
asanlaşdırmış olacaqsınız.
– Belə qurplandırmadan sonra ilk etməniz lazım olan şey yaş qruplarına görə bir dəfə də kateqoriyalara
ayırmaq olacaq. Yaş qruplarından sonra ən önəmli faktoru – maraq dairələri və yaşam tərzlərini göz önünüzdə
canlandırın. Bundan başqa, küsülü yaxınlarınızın eyni masada yerləşdirilməməsinə diqqət edin.
– Trend: Subaylar masası. Subay və eyni yaşlarda olan dostlarınızı eyni masada yerləşdirin, onlar üçün bu çox
əyləncəli olacaq. Bu yeni tanışlıqlara da gətirib çıxara bilər. Əvvəllər bu bir az gizli edilirdi, indi isə bu bir
trenddir. Hətta bəzən masanın üstünə “Subaylar Masası” belə yazdıran toy sahibləri var. Əgər dostlarınız içərisində
köhnə sevgililər varsa, eyni masaya oturtmamanızı tövsiyə edirik.
– Ailə böyüklərini, yaşlıları musiqi olan yerdə yerləşdirməməlisiniz. Onlar üçün ən ideal yer orta tərəflər
olacaqdır.
– Həmçinin, məkanın foyesində və ya zala girişdə masa lövhəsi qoymağı unutmayın. Bununla siz qonaqların
və özünüzün işini asanlaşdırmış olacaqsınız. Qonaqlar içəri keçdikdə lövhədə öz oturacağı yeri görəcək və içəri
girəndə çaşmayacaq.
– Bunu da unutmayın ki, bu sizin toyunuzdur. Əlbəttə, qonaqlarınızın həssaslıqlarına diqqət etməlisiniz.
Lakin bunun bir kabusa çevrilməyinə imkan verməyin. Çünki bu sizin gecəniz və hər kəs sizin xoşbəxtliyinizə
şahid olmaq üçün oradadır. Siz pozitiv və xoşbəxt olun, bununla əmin olun ki, hər kəs sizin toyunuzda
əylənməyin bir yolunu tapacaq.