Yol qəzalarından qaçmağın yeni yolu

Baxış sayı: 1. 413

Amerika Birləşmiş Ştatları (ABŞ) 2022-ci ilə qədər bütünlüklə avtomatik siqnal sisteminə keçəcək. “Avtosfer.az” bildirir ki, ABŞ-da 2022-ci ilə qədər istehsal edilən bütün avtomobillərdə “həyəcan” siqnal sistemi olacaq.

Belə ki, həmin ilə kimi içində “Audi”, “Ford”, “KİA”, “Mazda”, “Porsche” və “Tesla”nın da olduğu 20 firmada maşınların standart strukturuna avtomatik siqnal sistemi də əlavə ediləcək. Sensor və kamera istifadə edilərək yaradılan bu sistem qəzadan əvvəl sürücüyə xəbərdarlıq edəcək.

Sükan arxasındakı sürücünün dərhal siqnala basmaq imkanı olmasa, maşın nəzarəti öz əlinə alaraq müdaxilə edəcək. Bu şəkildə qəzanın başvermə ehtimalı da azalır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir