Onlar necə arıqladı? – Maraqlı həyat hekayələri

Baxış sayı: 2. 214

Hər bir insan fərqli orqanizmə sahib olduğundan və fərqli  qidalanma rasionuna öyrəşdiyindən, saxlayacağı pəhrizlər də təbii ki, fərqli olur.

Məsləhət bilinən hər pəhriz sizin orqanizminizə uyğun olmamaq səbəbindən gözlənilən nəticəni almaq bəzən mümkün olmur. Məhz bu səbəbdən də hər kəs orqanizmində kökəlməyə səbəb olan qidaları kəşf etməli və arıqlamaq  üsulunu məhz buna istinadən təyin etməlidir. Bu yazıda sizə təqdim edilən qəhramanların da hədəfi məhz bu olmuşdur. Fərqli üsullarla mükəmməl nəticələr əldə etməyə müvəffəq olmuşlar. Sizləri ilhamlandıracaq və qətiyyətinizi artıracaq maraqlı həyat hekayələri ilə tanış edirik.

Penny N., 31 yaşındadır. 4 ildə 36 kilo arıqlayıb

arıqladıqdan sonra tamamilədəyişən insanlardan nəsihətlər

“İlk bir ay üçün, tərəzimi  və boy güzgümü  görə bilməyəcəyəm bir yerə qaldırdım … Bu da çəkimə və ya necə göründüyümə diqqətimi cəmləməkdənsə, bədənimin mənə söylədiklərinə yönəlməyimi təmin etdi. Ayrıca səbirsiz biriyəm və keçmişdə kilomun bir artıb bir azalmasının səbəblərindən biri saxladığım pəhrizin nəticələrini tez görmədiyimə görə davam etməməyim olurdu. Güzgünü və tərəzini  göz önündən  qaldırmaq, planıma sadiq qalmaq mənə kömək oldu; çünki fiziki olaraq bədənimə nələr olduğunu görə bilmədim. ”

2. Yüzüncü dəfə idmana başlamağa cəhd etmiş olsanız belə, başladığınız idmanı bitirin

arıqladıqdan sonra tamamilə dəyişən insanlardan nəsihətlər

Jason Nelson, 42 yaşındadır. Təxminən bir il içində 33 kilo verib.

“Bezmişdim … buna görə köhnə qaçış ayaqqabılarımı geydim və qaçmağa qərar verdim. Çöldə hava 32 dərəcədən çox  idi, günəş yandırırdı və hər 15 saniyədə bir ara verərək qaçmağa çalışırdım. Yorucu olduğu qədər, canlandırıcı bir təcrübə oldu. Bundan əlavə ” Couch-to-5K “(9 həftə içində 5 kilometr qaçmağınızı təmin edən bir proqram) proqramına başlamağa qərar verdim. Bu proqrama üçüncü cəhdim idi, ancaq hər dəfə yekunlaşdırmayacağıma dair bəhanələr tapmışdım. Belə ki,  ya işlərim çox  idi, ya çöldə hava çox isti idi və ya kürəyim ağrıyırdı. Daha əvvəl iki dəfə yekunlaşdıra bilmədiyim bu proqramı tamamlamaqdan başqa hədəfim yox idi.

O günkü ruh halım bir az Forrest Gump’inki kimi idi; yalnız qaçmaq istəyirdim. Qaçdım da. Ortada sehr filan yox idi. Yalnız başladığım işi bitirmək istəyirdim. Proqramı 9 həftədə tamamladım və ilk 5 kilometremi 1 Sentyabr 2014 günü qaçdım. ”

3. Həftədə iki dəfə 20 dəqiqə idman etmək kimi reallaşdırılması olduqca asan bir hədəf təyin edin

artıq kilolarından sonra başqa insan olanların həyat hekayələri.wdebp

Asha Hussein, 30 yaşında. 14 ayda 32 kilo verdi

“Həyat tərzimin dəyişdiyi ilk gün, (Bunu pəhriz olaraq adlandırmıram, çünki mənim üçün gerçək bir həyat tərzi dəyişikliyi idi) idman salonuna üzv oldum. Oradakı hər kəsin bir hədəfi olduğunu gördüm, buna görə məşq etməyə başladıqdan bir həftə sonra özümü daha rahat və davam etməyə istəkli hiss etdim. Qaçışın  başlanğıcında, özümə çox yüklənmədən  20 dəqiqə qaçdım və bu müddəti yavaşca artırdım. 4 ay sonra, digər idman alətlərindən də  istifadəyə başladım. ”

4. Yediyiniz hər şeyin kalorisini  öyrənin

rıqladan sonra tamamilə dəyişən insanlardan 10 məsləhət

Jazmine Fedora, 25 yaşındadır. 4 ildə 22 kilo verib.

“İlk olaraq, qəbul etdiyim yeməklərin, içkilərin, cips və şəkərlərin kalorilərini qeyd edərək nəzarəti ələ almağa qərar verdim. Bu da nə qədər yediyimi bilməyimi təmin etdi.

Eyni zamanda fərqli qidalarda nə qədər kalori olduğuyla da maraqlanmağa başladım. Çünki yemək yeyərkən nələrə diqqət etmək lazım olduğu mövzusunda ciddi olaraq heç bir fikrim yox idi. Bu da qəbul etdiyim qidaların kalorisini bilməyimə və nəyin mənə yaxşı təsir etdiyini öyrənməyimə  kömək oldu”.

5. Emal olunmuş karbonhidrar ağ şəkərdən istifadədən imtina et

arıqladıqdan sonra tamamilə dəyişən insanlardan nəsihətlər.jpsdg

Kelly Crosby, 33 yaşındadır. 8 ayda 26 kilo verib və aprel 2014-cü ildə ilk qaçışına başlayıb

“Emal olunmuş karbonhidrat şəkərdən istifadədən imtina etdim. İlk həftə çox çətin keçdi. Baş ağrısı və halsızlıq çəkirdim, hər kəsə tərs davranırdım. Qətiliklə şəkərə asılı olduğumu deyə bilərəm.

Amma  həftələr keçdikcə iş asanlaşdı. Fast-food yeməyi buraxdım və hər günə zülal almaq üçün iki yumurta yeyərək başladım. Nahar yeməyində salat yedim, ət və  tərəvəzi yalnız axşam yeməklərində qəbul etdim. Ara sıra özümə bitter şokolad parçacıqları yemək üçün icazə verdim. Hər həftə, ümumiyyətlə də həftə sonları yemək eşqbazlığı etmək üçün özümə icazə verir, sonra da normal pəhrizimə geri dönürdüm. ”

6. Özünüzə niyə  kilo vermək istədiyinizi izah edən bir məktub yazın

image

Sarı Bronish, 25 yaşındadır. 18 ayda 44 kilo verib.

“Xoş əhval ruhiyyəyə  ehtiyacım olduğu anlarda oxumaq üçün gələcəkdəki halım bir məktub yazdım. Ola biləcəyiniz qədər dürüst oldum, buna görə də məktub ürək parçalayıcıydı. Məktub həqiqətləri şərh etdiyindən onu bir neçə dəfə oxudum. Original məktubu, bir cavabla birlikdə təxminən bir il sonra bir blog göndərməsi olaraq nəşr etdim. ”

7. Şirniyyatı  bir müddət buraxmaq üçün özünüzə meydan oxuyun

arıqladıqdan sonra tamamilə dəyişən insanlardan nəsihətlər.gpg.r5webp.pngf

Dan Case Jr., 21 yaşındadır. Bir ildə 27 kilo verib.

“Bunu söyləyə biləcəyimi  heç düşünməzdim, amma şirniyyat  yemədən tam bir il keçirdim. İşə gündəlik vərdişlərimi dəyişdirərək başladım. Məsələn, qaldığım yatqxananın  qarşısındakı benzin stansiyasına dondurma almaq üçün etdiyim gündəlik səfərlərdən imtina edib, bir neçə ay ərzində oraya getməkdən tamamilə imtina etdim. Sonra ilk bir neçə ay ərzində, hədəfimi dəstəkləyən insanlarla birlikdə olmağa diqqət göstərdim.

Son olaraq, şirniyyatı əvəzləyəcək qidalar tapdım. İlk əvvəl  dondurmadan yağsız qatıq və meyvələrə keçmək asan olmadı, ancaq şirniyyatsız keçirdiyim bir ayın sonunda, sağlam qidaların dadını daha çox arzulamağa başladığımı hiss etdim. ”

8. Hər yerə gəzərək gedin

z19512343Q,esses

Michelle M., 30 yaşındadır. Təxminən iki sənədə 90 kilo verib.

“Etdiyim ilk şey hər yerə gəzərək getməyə başlamaq idi. Başlanğıcda özümə çox yüklənmədim. Bir pilləkanı nəfəsim tıxanmadan çıxmaqda belə çətinlik çəkirdim, amma bunu etmək lazım olduğunu da bilirdim. Avtobusa minməyi, avtomobil istifadə etməyi, taksiyə minməyi tərgitdim. Gəzdim. 181 kilo idim və ayaqlarım yaralanmadan, yorulmadan və ya nəfəssiz qalmadan gedə bilmirdim, ancaq bu nəticə olaraq mənə daha çoxunu etmək üçün güc verdi.

Daha çox məşq etməyə başladım. Aquafit və Zumba’ya davam etdikcə daha az utanmaya başladım və bir idman salonuna yazıldım. İdman salonunda daha çox məşq etdim və yalnız bir il içərisində 45 kilo verdim. ”

9. Fast-food vərdişinizi buraxın və yemək bişirməyi öyrənin

arıqladıqdan sonra tamamilə dəyişən insanlardan nəsihətlər.ng

Rogelio Orozco, 26 yaşındadı. Bir ildə 27 kilo verib.

“Hər həftə pizza və fast-food yeməyi buraxdım və özüm üçün yemək bişirməyə  başladım. Əvvəldən həftədə 3-4 dəfə fast-food və 2-3 səfər də pizza yeyirdim. Bu yeməklər, tapılması asan və ucuz idi. Tənbəl idim və yemək hazırlamağı həqiqətən bilmirdim. Evdə edilən yeməyin dadının pis olacağını düşünürdüm.

Yemək hazırlamaq ruhlandırıcı idi. Qabları bəzəməyə və nə qədər yaradıcı ola biləcəyimi kəşf etməyə başladım. Səhv bir aşbaz olmadığımı araşdırmaq da gözəl idi. Ən azından, yoldaşım pis olmadığımı düşünür.