Ətirin qalıcı olması üçün nə etməli?

Baxış sayı: 1. 738

Hər bir xanım istifadə etdiyi parfümün daha təsir edici və uzun müddət dayanmasını istəyir.

“Gencaile.az” xanımlara parfümün daha qalıcı olması üçün əsas diqqət edilməli olduğu nüansları təqdim edir:

Ayaq biləyinizin üstünə və dizinizin arxa qisiminə vazelin ya da qoxusuz bir krem çəkin. Vazelin çəkdiyiniz nahiyəyə ətir vurun. Ayaq biləkləri və diz altı nahiyəniz nəbzin ən aşağı olduğu bölgələrdir. Kiçik hərəkət sayəsində qoxunu bu bölgələrə yaymış olacaqsınız.

Biləklərinizə vurduğunuz ətir gün boyu qoxu verər. Amma diqqət yetirməniz lazım olan bir neçə məqam var. Qətiyyən parfüm vurduqdan sonar biləyinizi ovmayın. Ətiri biləyinizə püskürdəndən sonda digər biləyinizlə 5-6 saniyə sıxın. Ovma hərəkətindən qaçının çünki ovaraq qoxunun pozulmasına səbəb ola bilərsiniz.

Ətiri qulaqlarınızın arxalarına və boyunuza da sıxmağı unutmayın.
Sinə və dekolte bölgələrinə də ətir vurun. Ürək ətrafında davamlı qan dövran etdiyindən qoxunuz gün boyu yayılacaq.

Ətirinizi saç serumuna püskürdərək saçlarınızın uc qisimlərinə də tətbiq edin. Gün boyu saçlardan qoxu getməyəcək.