Səhər yeməyi iqtisadi məsələymiş…

Baxış sayı: 1. 486

İllərdir dietoloqlar səhər yeməyinin sağlamlıq üçün faydalı olduğunu, arıqlamağa kömək etdiyini deyirlər. “American Cournal of Clinical Nutrition” dərgisində yayımlanan araşdırmada isə bunun doğru olmadığı iddia edilir.

Belə ki, araşdırma zamanı kök insanlardan ibarət iki qrup yaradılıb. Qruplardan birinə hər gün saat 11.00-dan öncə 700 kalori tutumlu səhər yeməyi verilib. Digər qrup isə günortaya kimi heç nə yeməyib. Bir ayın sonunda iki qrup arasında sağlamlıq və ya çəki baxımından heç bir fərqin olmadığı üzə çıxıb. Belə ki, hər iki qrup da gün ərzində demək olar ki, eyni dərəcədə acıb və eyni miqdarda kalori qəbul edib.

Araşdırmanı aparan mütəxəssislərin iddialarına görə, illərdir səhər yeməyinin tövsiyə edilməsinin tək bir səbəbi var. O da daha çox yumurta və taxıl məhsulu satmaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir