Gəlin maşını hansı model olmalıdır?

Baxış sayı: 1. 511

Toy gününüzdə sizi əvvəlcə fotosesiya çəkimlərinə, oradan da toy məkanına aparacaq avtomobil necə olmalıdır?

1. Həmişə xəyallarınızda olan ağ, çəhrayı, qırmızı və ya vazkeçilməyən qara limuzin toyunda hamını cəlb etmək istəyən cütlüklərin avtomobilidir.

2. Əgər siz köhnə Amerikan avtomobillərini sevirsinizsə, filmlərdə istifadə olunan əfsanə maşınların həvəskarısınızsa, sizi toya aparma şərəfinə mütləq klassik bir Amerikan avtomobili nail olmalıdır: Cadillac 1937, 48 Dodge, 64 İmpala və s.

3. Özəl günündə pulunu istədiyi kimi xərcləməkdən qaçmayan cütlüklərə isə Lamborghini Gallardo, Porsche Carrera 4s, Bentley Continental Gt, Ferrari 458 Italia, Bmw X6 avtomobilləri aiddir.

4. Dekorativ gəlin maşını arzulayan cütlüklər üçün el arasında “Böcək”, “Tısbağa” kimi tanınan Volkswagen Beetle ən gözəl seçimdir.

5. Gəlin maşını barədə əvvəldən fərqli bir şey düşünənlər üçün ən yaxşı alternativ faytondur. Əgər streotiplər sizlik deyilsə, o zaman hətta velosiped və motosikletlə də toyunuza gedə bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir