Gündəlik yazmaq beyinə necə təsir edir?

Baxış sayı: 1. 490

Alimlər gündəlik tutanların beyninin bütün xatirələri yaddaşda saxlayanlara nisbətən daha sağlam ola biləcəyini açıqlayıblar.

Araşdırmalar şəxsi sirləri heç kimlə bölüşmədikdə sinir sisteminin alt-üst olduğunu göstərib. Bu isə diqqətin azalması, yaddaşın zəifləməsi, dildən istifadə qabiliyyətinin pisləşməsi, öyrənmə sürətinin azalması ilə nəticələnir. Hətta bu beynin problemləri həll etmə və qərar vermə sürətini də zəiflədir.

Alimlər gündəlik tutmağın yaxın bir dostla dərdləşmək qədər faydalı olduğunu bildirirlər. Bu zaman insan stressdən xilas olur və özünü rahat hiss edir.

Odur ki, mütəxəssislər başqaları ilə dərdləşməyi xoşlamayanlara mütləq gündəlik yazmağı məsləhət görürlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir