Möv­sü­mi ol­ma­yan mey­və­lərin hansı zərərləri var?

Baxış sayı: 2. 311
Bu gün sa­tış­da möv­sü­mün­dən ası­lı ol­ma­ya­raq is­tə­ni­lən növ mey­və-tə­rə­vəz tap­maq müm­kün­dür. Eks­pert­lər bil­di­rir­lər ki, möv­sü­mi ol­ma­yan be­lə məh­sul­lar on­ko­lo­ji, qa­ra­ci­yər, ağ­ci­yər, ürək-da­mar xəs­tə­lik­lə­ri­nə sə­bəb olur.
Tə­rə­vəz­çi­lik El­mi-Təd­qi­qat İns­ti­tu­tu­nun di­rek­tor müa­vi­ni El­mar Al­lah­ver­di­ye­vin “Esk­press”ə bil­dir­di­yi­nə gö­rə, is­ti­xa­na­da ye­ti­şən və sa­tı­şa çı­xa­rı­lan tə­rə­vəz­lər əsa­sən qey­ri-möv­süm­də sa­tı­lır. Yə­ni so­yuq ay­lar­da açıq sa­hə­də ye­tiş­di­ri­lən tə­rə­vəz­lər Azər­bay­can­da əsa­sən iyun, iyul, av­qust və sen­tyabr ay­la­rın­da sa­tı­şa çı­xa­rı­lır. “So­yuq ay­lar­da sa­tı­şa çı­xa­rı­lan açıq sa­hə tə­rə­vəz­lə­ri, xü­su­sən, po­mi­dor, xi­yar, ba­dım­can, bi­bər və s. açıq sa­hə­də ye­tiş­di­ril­mir. Mey­və­lə­rə gə­lin­cə, sit­rus mey­və­lər is­ti­xa­na­lar­da ye­tiş­di­ri­lir. Bu da biz­də elə də ge­niş ya­yıl­ma­yıb”.
Sü­ni yol­la ye­tiş­di­ri­lən mey­və-tə­rə­vəz­lə­rin tə­bii yol­la ye­tiş­di­ri­lən­lər­dən fərq­lən­di­ril­mə­si­nə gə­lin­cə, E.Al­lah­ver­di­yev bu­nun bir ne­çə yo­lu­nun ol­du­ğu­nu de­yib: “Par­nik­də ye­ti­şən is­tə­ni­lən mey­və-tə­rə­və­zin dad key­fiy­yət­lə­ri aşa­ğı­dır. Xa­ri­ci gö­rü­nü­şü əla ol­sa da, tə­bii yol­la ye­tiş­di­ri­lən­lər ki­mi dad­lı ol­mur. Di­gər tə­rəf­dən, is­ti­xa­na­lar­da məh­su­lu bir qə­dər tez yı­ğır­lar ki, o uzaq mə­sa­fə­yə da­şı­nar­kən təd­ri­cən öz-özü­nə ye­tiş­sin”.
Tə­rə­vəz­çi­lik El­mi-Təd­qi­qat İns­ti­tu­tu­nun Ör­tü­lü Sa­hə La­bo­ra­to­ri­ya­sı­nın mü­di­ri, aq­rar elm­lə­ri dok­to­ru Əli­sol­tan Ba­ba­ye­vin söz­lə­ri­nə gö­rə, is­ti­xa­na şə­rai­tin­də tə­rə­vəz və mey­və­lər düz­gün be­cə­ril­mə­yən­də in­san or­qa­niz­mi­nə zi­yan vu­rur: “Bu da be­lə məh­sul­la­rın tər­ki­bin­də nit­rat­la­rın, tok­sik mad­də­lə­rin miq­da­rı­nın ço­xal­ma­sı­na, nə­ti­cə­də in­san­la­rın sağ­lam­lı­ğı­na zə­rər ver­mə­si­nə gə­ti­rib çı­xa­rır” de­yən mü­sa­hi­bi­miz əla­və edib ki, sa­hib­kar­lar təc­rü­bə­siz­lik­dən güb­rə­lər­dən yer­li-yer­siz is­ti­fa­də edir­lər. Xəs­tə­lik­lə­rə, zə­rər­ve­ri­ci­lə­rə qar­şı kim­yə­vi dər­man­la­rı do­za­sın­da, vax­tın­da ver­mə­yən­də tor­paq da zə­hər­lə­nir, bit­ki də. Be­lə mey­və-tə­rə­vəz in­san or­qa­niz­mi­nə zi­yan­dır.
Ə.Ba­ba­yev bil­di­rir ki, möv­sü­mə uy­ğun ol­ma­yan məh­su­lu xa­ri­ci gör­nü­şü­nə gö­rə fərq­lən­dir­mək ol­mur: “Sa­tış­da­kı möv­sü­mə uy­ğun ol­ma­yan məh­sul­lar, mə­sə­lən, al­ça, çi­yə­lək ya xa­ri­ci mən­şə­li­dir, ya da is­ti­xa­na şə­rai­tin­də ye­tiş­di­ri­lib. Be­lə məh­sul alar­kən diq­qət­li ol­maq la­zım­dır. Məh­su­lun key­fiy­yə­ti­nə nə­za­rət edən mü­fət­tiş­lər var, han­sı ki, on­lar nit­ra­metr ad­la­nan ci­haz­la məh­su­lun tər­ki­bin­də­ki nit­rat­la­rın do­za­sı­nı öl­çür­lər. Əgər do­za zə­rər­li həd­də de­yil­sə, onun sa­tı­şı­na ica­zə ve­ri­lir”.
Hə­kim te­ra­pevt Hü­seyn Meh­di­yev de­yir ki, par­nik­də ye­tiş­di­ri­lən mey­və-tə­rə­vəz­lər in­san or­qa­niz­mi­nə mən­fi tə­sir gös­tə­rir: “Mey­və­lə­rin möv­sü­mi ye­tiş­mə dövr­lə­ri var. Mey­və­lər tə­bii şə­kil­də ye­ti­şən­də or­qa­nizm bu­nu da­ha yax­şı mə­nim­sə­yir. Həm də mey­və-tə­rə­vəz­lə­ri sü­ni yol­la ye­tiş­dir­mək üçün xü­su­si sü­ni şə­ra­it ya­ra­dıl­ma­lı­dır. Bu­nun üçün də müx­tə­lif kim­yə­vi mad­də­lər­dən, hor­mon­lar­dan is­ti­fa­də olu­nur. Məh­su­lun sax­la­nıl­dı­ğı şə­rai­ti nor­mal­laş­dır­maq üçün mü­əy­yən üsul­lar­dan is­ti­fa­də olu­nur. Bu sə­bəb­lər­dən də par­nik məh­su­lu in­san or­qa­niz­mi­nə mən­fi tə­sir gös­tə­rir. Am­ma söz­süz ki, bu pro­se­sə cid­di nə­za­rət olun­sa, yə­ni məh­sul or­qa­niz­mə mən­fi tə­sir et­mə­yə­cək for­ma­da ye­tiş­di­ril­sə, zə­rə­ri ol­maz”.
Meh­di­yev qeyd edir ki, iş­baz­lar kom­mer­si­ya məq­sə­di­lə məh­sul da­ha tez ye­tiş­mə­si üçün ona müx­tə­lif kim­yə­vi mad­də­lər vu­rur­lar: “Söz­süz ki, bu da or­qa­niz­mə çox bö­yük mən­fi tə­sir gös­tə­rir. İn­san or­qa­niz­min­də xəs­tə­lik­lər ya­ra­dır. On­ko­lo­ji xəs­tə­lik­lər, ürək-da­mar xəs­tə­lik­lə­ri, ağ­ci­yər xəs­tə­lik­lə­ri il­dən ilə həd­din­dən ar­tıq ço­xa­lıb. Xü­su­sən, son dövr­də elə ai­lə yox­dur ki, al­ler­gi­ya­dan əziy­yət çək­mə­sin. Bun­lar ha­mı­sı ye­di­yi­miz hə­min mey­və­lə­rin, qi­da məh­sul­la­rı­nın nə­ti­cə­si­dir. Bə­dən kim­yə­vi mad­də­lə­ri qə­bul edən ki­mi ona da­xil olan yad cis­mə qar­şı ver­di­yi re­ak­si­ya ən azın­dan özü­nü al­ler­gik re­ak­si­ya ilə bü­ru­zə ve­rir”.
Həm­söh­bə­ti­miz məs­lə­hət gö­rür ki, hər möv­sü­mün özü­nə aid mey­və­si­ni ye­mək da­ha məs­lə­hət­li­dir: “Yə­ni vax­tın­dan tez ye­tiş­miş, möv­sü­mi ol­ma­yan mey­və­lə­rin qə­bu­lu in­san or­qa­niz­mi­nə, xü­su­si­lə də, uşaq­la­ra çox bö­yük mən­fi tə­sir gös­tə­rir. Bu on­la­rın bü­tün or­qan­la­rın­da, xü­su­si­lə də, qa­ra ci­yə­rin­də, gör­mə qa­bi­liy­yə­tin­də mən­fi iz­lə­ri­ni bu­ra­xır. Möv­sü­mi ol­ma­yan mey­və-tə­rə­vəz­lə qi­da­lan­ma or­qa­niz­min pas­siv zə­hər­lən­mə­si­dir. Bu da gə­lə­cək­də həm ömür­lə­rin qı­sal­ma­sı­na, həm də uşaq­la­rın ək­sə­riy­yə­ti­nin al­ler­gi­ya­lar­la bö­yü­mə­si­nə sə­bəb olur. Mən­fi tə­sir­lə­ri həd­din­dən ar­tıq çox­dur”.
Tib­bi eks­pert onu da əla­və edib ki, bir aya ye­ti­şən mey­və-tə­rə­vəz­lə­rin ha­mı­sı hor­mon­lar­la ye­tiş­di­ri­lir: “Ona gö­rə bu dövr­də on­ko­lo­ji xəs­tə­lik­lər kəs­kin ar­tır. Or­qa­niz­mə da­xil olan hor­mon­lar bə­dən­də nor­ma­dan ar­tıq olan­da bə­də­nin if­raz et­di­yi öz hor­mon­la­rı­nın miq­da­rı bir qə­dər zə­if­lə­yir, çün­ki qan­da var. Bu da ge­ri dön­məz müx­tə­lif pro­ses­lə­rə gə­ti­rib çı­xa­rır”.
Ay­nu­rə MƏM­MƏ­DO­VA



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir