Sevgi heç də asan məsələ deyil. Hər kəs bu hissi fərqli yaşayır və həyat davam etdikcə bu belə də olacaqdır. Lakin, hər münasibətin keyfiyyətini müəyyən edən əsas bir məqam var. Bu mövzuda aparılan araşdırmalar da göstərir ki, bu əsas məqam cütlüklərin birlikdə güldükləri anlardır. Özünüzə sual verin: Birlikdə olanda nə qədər gülə bilirsiniz?
Şimali Karolina Universitetin apardığı bu araşdırmada 71 cütlük iştirak edib. Onlardan tanışlıq hekayələrini nəql etməklərini istəyiblər. Əsas diqqəti isə birlikdə və ayrı olduqda nə qədər güldüklərini vurğulamağa yönəltmələrini tələb ediblər. Araşdırma nəticələrindən velə aydın olub ki, birlikdə zaman keçirdikdə daha çox gülən və əylənən cütlüklər daha səmimi və qarşılıqlı dəstək əsasında münasibət qurmağa nail olublar. Bir maraqlı məqam da odur ki, qadınlar münasibətdə kişilərdən daha çox gülürlər. Lakin kişilər də qadınları güldürməyə çalışırlar.
Bu araşdırma öz sahəsində yeganə də deyil. Əvvəllər aparılan araşdırmalar da müəyyən etmişdi ki, xoş xatirələr münasibətə əla təsir göstərir və birlikdə güldüyünüz anlar sizin ən gözəl xatirələriniz arasına daxil olur. Bəzi xatirələrə yada salaraq, birlikdə gülməyi bacaran cütlüklər adətən münasibətlərindən daha razı olublar. Araşdırmaçılar da bunlara əsaslanaraq, deyir ki, bəlkə də ideal sevgi münasibətlərinin əsasında məhz elə birlikdə daha çox gülmək dayanır. Bir-birinizlə xoş zarafat etməyi və gülməyi unutmayın!
Bir sualla sevgi münasibətinizin səmimiyyətini öyrənin – ARAŞDIRMA
Apr 14, 20160
Baxış sayı: 1. 561
GeriSosial evlərdə yaşamağa hazırsınızmı?
İrəliHamiləlikdə düzgün qidalanma necə olmalıdır? - Həkim məsləhəti