Ötən gün Türkiyənin “Tv8” telekanalında “O ses çocuklar” yarışının növbəti seçim turu keçirilib.
Yarışın 3 münsifindən biri olan məşhur pop müğənni Hadisənin geyimi ciddi müzakirəyə səbəb olub.
Azərbaycan mediası qadın müğənninin geyimini Ermənistan bayrağının rəngləri ilə eynilik təşkil etdiyinə diqqət çəkərək, narahatlığını bildirib.
Ancaq bu, daha çox medianın spekuliyasiyasına bənzəyir, Hadisənin bu rəngləri bilməyərəkdən seçdiyi daha inandırıcıdır.
Qeyd edək ki, Hadisə ifası ilə Səbinə adlı azərbaycanlı uşaqla eyni səhnəni də bölüşüb.
https://www.youtube.com/watch?v=hvce3VBDMsg