Yeməyə ən az hansı ölkənin əhalisi pul xərcləyir? – ARAŞDIRMA

Baxış sayı: 1. 445
“Forbes” jurnalı hansı ölkələrdə daha çox yemək yeyildiyinə və qida məhsullarına pul xərcləndiyinə dair tədqiqat aparıb. Tədqiqatın nəticələrinə görə, qidaya ən az pul xərcləyənlər amerikalılardır. Bu sahədə onlar dünyəvi minimum nümayiş etdirirlər. Onlarda qidalanma xərcləri ümumi məbləğin 7,8 faizini təşkil edir.
Yeyimcilliyə görə ikinci yerdə Almaniya (10,4 faiz), üçüncü yerdə isə Niderland (11,3 faiz), dördüncü yerdə Yunanıstan (17,1 faiz) gəlir. İlk beşliyi Portuqaliya (18,1 faiz) bağlayır.
Dünyada bu göstərici üzrə altıncı yerdə 18,2 faiz nəticə ilə İspaniya, yeddinci yerdə Cənubi Afrika Respublikası (18,3 faiz), səkkizinci yerdə İndoneziya (19,6 faiz), doqquzuncu yerdə Braziliya (22,5 faiz) dayanır və ilk onluğu 41,1 faiz göstərici ilə Polşa tamamlayır.
Gün ərzində ən çox kalori qəbul edən ABŞ (3.750), həmçinin İtaliya (3.650), Almaniya (3.540), Fransa (3.530) və Rusiya (3.320) sakinləridir.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir