Sağlam körpələr üçün aylıq qidalanma necə olmalıdır? Hansı körpə hansı ayda nə yeməlidir?
Yəqin ki, büütün anaları körpələr üçün aylıq qidalanmanın necə olması, eləcə də körpələrin hansı ayda hansı formada qidalanmasının vacibliyi düşündürür. Elə isə valideynlərə körpənin böyümə yaşına görə onların qidalanma menyularını təqdim edirik
Körpə ilk 6 ay nə yeməlidir?
Yalnız ana südü
Körpə 6 aydan sonra nə yeməlidir?
Ana südü + Qatıq + Meyvə püresi + Düyü unu
Körpə 7 aydan sonra nə yeməlidir ?
Ana südü + Qatıq + Meyvə püresi + Yumurta sarısı + Toyuq və dana əti + Tərəvəz püresi və şorbası + Doşab
Körpə 8 aydan sonra nə yeməlidir?
Ana südü + Qatıq + Meyvə püresi və meyvə suyu + Doşab + Qıymalı və tərəvəzli əzilmiş ev yeməkləri + Yumurta + Duzsuz pendir + Quru paxlalı şorba və əzməsi
Körpələrdə 9 aydan sonra qidalanma
Ana südü + Qatıq + duzsuz pendir + Yumurta + Təzə meyvələr və meyvə suyu + Ət, mərci şorbası, unlu və qatıqlı şorba + Ev yeməkləri